VATİKAN ROMA PAPASI XI PİYİN ARXİVLƏRİNİ AÇMIŞDIR
Roma katolik kilsəsinə 1922-1939-cu illərdə başçılıq etmiş Papa XI Piy ilə bağlı sənədlər tarixçilərə Avropada nasist hərəkatının meydana gəldiyi vaxtlarda Vatikanın özünü necə apardığını öyrənməyə imkan verəcəkdir. Arxiv materialları göstərir ki, öz varisi, faşist siyasətini və antisemitizmi dəstəkləməkdə təqsirləndirilən XII Piydən fərqli olaraq, XI Piy İkinci dünya müharibəsi dövründə nasizmin əleyhinə çıxırdı.
XI Piyin arxivlərinə yalnız Vatikanın xüsusi icazəsini alan alimlər buraxılacaqdır. Alimlərə sənədlərin üzünü çıxarmaq və onlardan çıxarışlar etmək qəti qadağan ediləcəkdir.
Gözlənildiyinə görə, Vatikan ən yeni tarixdə Roma katolik kilsəsinin ən mənfur başçısı sayılan XII Piyin arxivlərini də yaxın vaxtlarda açacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]