Vəkillər daha 30-a yaxın məhkuma hüquqi yardım göstəriblər
Bakı, 20 oktyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs olunmuş şəxslərin qəbulu davam etdirilir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri 30 saylı və “Ekol” Vəkil bürolarının vəkilləri müvafiq olaraq 10 və 11 saylı cəzaçəkmə müəssisələrində ümumilikdə 30-a yaxın məhkuma müxtəlif məsələlər ətrafında pulsuz hüquqi yardım göstərib, müvafiq izahatlar veriblər.