Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vəli Baxşəliyev: Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır

Naxçıvan, 10 aprel, AZƏRTAC

Arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ilkin qala-şəhərlərin formalaşdığı əsas regionlardan biri Naxçıvan ərazisi olub. Naxçıvanda qala-şəhərlərin eradan əvvəl III minillikdə, yəni beş min il bundan əvvəl formalaşdığı arxeoloji araşdırmalarla təsdiq edilib. Bu tip qala-şəhərlərdən biri Şərur rayonunda, Arpaçay vadisində, Dizə kəndinin şimalında yerləşən Qız qalası yaşayış yeridir.

Bunu AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Cənubi Qafqazda Dəmir dövrünə aid yeganə yaşayış yeri

Vəli Baxşəliyev bildirib ki, yaşayış yerində arxeoloji tədqiqatlar 2014-cü ildə başlanıb. Tədqiqat zamanı insanların yaşayış yerində uzun müddət Orta Tunc dövrünün erkən mərhələsindən Dəmir dövrünədək məskunlaşdığı müəyyən olunub. Orta Tunc dövrünə aid yaşayış yerinin sahəsi 13,6 hektar, Dəmir dövrü yaşayış yerinin sahəsi isə 80 hektardır. 2014-2017-ci illərdə aparılan tədqiqatlar zamanı yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi öyrənilib. 2017-ci ildə aparılan arxeomaqnit araşdırmalar zamanı Qız qalası və Oğlanqalanı çevrələyən 486 hektarlıq sahənin, Dəmir dövründə, qala divarları ilə əhatə olunduğu müəyyən olunub ki, bu da Cənubi Qafqazda həmin dövrə aid yeganə yaşayış yeridir. Orta Tunc dövründən məskunlaşan bu yaşayış yerinin sahəsi tədricən artıb. Müəyyən edilib ki, bu yaşayış yerinin əsas mərkəzi Arpaçay vadisində və onun yaxınlığındakı kiçik yaşayış məntəqələri olub. Ətrafdakı yaşayış məskənlərində mədəni təbəqənin az (50 santimetr) yığılmasına baxmayaraq, mərkəzi hissədə təbəqənin qalınlığı 2,5-3 metr arasındadır.

Regionun tarixində inqilab kimi dəyərləndirilən tapıntı

“Qız qalası yaşayış yerində Orta Tunc dövrünə aid iki qala divarı aşkara çıxarılıb. Bu qala divarlarının biri irihəcmli daşlardan inşa olunmuşdu və ilk baxışda Dəmir dövrünün siklop tikintilərini xatırladırdı. Lakin karbon analizlər onun Orta Tunc dövrünün erkən mərhələsinə - eradan əvvəl 2135-ci ilə aid olduğunu göstərib”, - deyən AMEA-nı müxbir üzvü qeyd edib ki, 2016-cı ildə aparılan araşdırmalar qala divarına birləşik binaların da mövcud olduğunu təsdiq edib. Lakin qala divarının hələlik yalnız bir qismi aşkar olunub. İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda eradan əvvəl III minilliklə tarixlənən qala divarları aşkar edilmədiyindən bu fenomenal hadisə regionun tarixində inqilab kimi dəyərləndirilə bilər.

Qeyd olunmalıdır ki, Orta Tunc dövrünə aid qalatipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir. Bu tip müdafiə tikintilərinin mövcudluğu eradan əvvəl III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını təsdiq edir.

Vəli Baxşəliyev deyib ki, ikinci qala divarı Orta Tunc dövrü təbəqəsinin üst qatında aşkar olunub. 2014-2016-cı illərdə aparılan qazıntılar zamanı müdafiə divarının böyük bir qismi tapılıb. Bu divar yanlarda iri daşlardan inşa olunub, həmin daşların arası isə kiçikhəcmli daşlarla doldurulub. Tədqiqat zamanı divarın qazıntı sahəsində aşkar olunan qərb hissəsinin uzunluğu 6 metr, eni bəzi yerlərdə 1,8 metr, bəzi yerlərdə isə 1 metr arasında idi. Müdafiə divarının inşası nizamsız quruluşu ilə fərqlənirdi. Divarın alt qismindən götürülən kömür analizi bu divarın eradan əvvəl II minilliyin ortalarında, eradan əvvəl 1450-ci ildə inşa olunduğunu təsdiq edib. Lakin müdafiə divarından aşağıda, təqribən, 1 metr qalınlığında mədəni təbəqə vardır. Bu, onu göstərir ki, müdafiə divarı Orta Tunc dövrünün müəyyən mərhələsində inşa olunub.

Qız qalasında Boyalı qablar mədəniyyətinə aid ən qədim tarixi məkanlardan biridir

Qız qalası yaşayış yerində Orta və Son Tunc dövrü təbəqəsinin üzərində qalın orta əsr təbəqəsinin mövcudluğu qazıntıları genişləndirməyə imkan vermir. Buna görə də Orta Tunc dövrünün erkən mərhələsinə aid strukturları aşkar etmək mümkün olmamışdır. Lakin aparılan araşdırmalar zamanı aşkar olunan tikinti qalıqları qala divarına birləşik, düzgün olmayan dördkünc formalı yaşayış binalarından istifadə olunduğunu göstərir. Bu otağın yaxınlığında tuf daşından hazırlanmış dabana daşının aşkar olunması vahid ox ətrafında dönən qapıların olduğunu deməyə əsas verir. Lakin burada tikintilər yaxşı saxlanmadığından evlərin formasını yalnız döşəmə qalıqlarına əsasən müəyyən etmək mümkündür. Döşəmə qalıqları dördkünc və dairəvi evlərdən istifadə olunduğunu göstərir. Şübhəsiz ki, dairəvi evlər yardımçı məqsəd üçün istifadə edilmişdir. Bu yaşayış binalarının forması birinci sahədən aşkar olunan tikinti qalıqları ilə daha yaxşı təmsil olunmuşdur. Bu sahədə evlərdən birinin içərisindəki ocaqdan götürülən kömür qalıqlarının analizi e.ə. 1939-1748-ci illəri göstərib. Bu evin bünövrəsi irihəcmli daşlardan inşa edilib. Onun yalnız iki divarı - qərb və cənub divarları aşkar olunub. Bu sahədə aşkar olunan ikinci otaq tam dördkünc formalıdır. Onun içərisindəki ocaqdan götürülən kömürün analizi e.ə. II minilliyin ortalarını, daha doğrusu, e.ə. 1451-ci ili göstərib. Fikrimizə görə, bu yaşayış evləri müxtəlif dövrlərdə istifadə olunub. Evin içərisində müxtəlif dərinlikdə ocaqlara rast gəlinməsi də bunu təsdiq edir. Qız qalası yaşayış yerinin alt təbəqələrində aparılan qazıntılar zamanı qəbir abidələrinə rast gəlinməsi olduqca maraqlıdır. Bu, yaşayış yerləri ilə qəbiristanlıqların iç-içə olduğunu təsdiq edir. Bilavasitə yaşayış yerinin yaxınlığında aşkar olunan bu qəbirlərin birindən Orta Tunc dövrünün erkən mərhələsi üçün xarakterik olan boyalı qablar aşkar olunub, lakin insan skeleti aşkar edilməyib. İkinci qəbirdə isə insan skeletinə aid qalıqlar aşkar olunub, ancaq maddi-mədəniyyət nümunələri tapılmayıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirinin sözlərinə görə, Qız qalası nekroplundakı kurqanlardan birindən götürülən kömür analizi eradan əvvəl 2280-ci ili göstərib. Bu Cənubi Qafqazda Boyalı qablar mədəniyyətinə aid ən qədim tarixdir. Bu fakt Azərbaycanda mədəni inkişafın bəzi tədqiqatçıların dediyi kimi nəinki Yaxın Şərqdən geri qaldığını, əksinə mədəni inkişaf səviyyəsinin bəzən Yaxın Şərq ölkələrini qabaqladığını göstərir.

Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfalarının məskəni Naxçıvandır

Qız qalası yaşayış yeri və onun ətrafındakı kurqanlarda aparılan araşdırmaların onların vahid bir kompleks təşkil etdiyini göstərdiyini vurğulayan Vəli Baxşəliyev bildirib ki, həmin yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunub. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. Yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq edir. Qız qalası yaşayış yerində, həmçinin Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar olunması Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiq edir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarım köçmə maldarlıqla məşğul olub. Qız qala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan verəcəkdir.

AMEA-nın müxbir üzvü Vəli Baxşıliyev deyib: “2016-cı ilin birinci yarısında bu abidələrin tədqiqi zamanı yeni faktlar aşkarlanıb. İnsan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən edilib ki, Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfaların məskəni Naxçıvandır. Onlar yaz və yayda Arpaçay vadisi ilə indiki Ermənistan ərazisinə doğru hərəkət edərək yaylaqlardan istifadə edib və geri dönərək bu vadidə - Qız qalası yaşayış yerində yaşayıblar. Eradan əvvəl II minilliyin ortalarında Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalararası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur edib, yaşayış yerində iri daşlardan qala divarları inşa olunub. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir”.

Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidə aşkarlanıb

Vəli Baxçəliyev vurğulayıb ki, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkarlanıb. Bu da muxtar respublikanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə bağlıdır. Abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olub. Bu ərazi qədim insanların ehtiyac duyduğu daş duz, mis, mərgümüş, sürmə, gümüş və qızıl yataqları ilə zəngindir. Araz çayına qovuşan Naxçıvançay, Arpaçay, Əlincəçay və Gilançay vadilərinin məhsuldar torpaqları əkinçilik və maldarlıq üçün əlverişlidir. Ona görə də burada tarix boyu məskunlaşma olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları