Venesuela Avropa Parlamentinin qətnaməsinə səs verən deputatları persona non-qrata elan edib
Bakı, 9 fevral, AZƏRTAC
Venesuela Milli Assambleyası (parlament) Avropa Parlamentinin ölkədə keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı qətnaməsini kəskin şəkildə pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriqesinin “X” sosial səhifəsində yaydığı sənəddə deyilir.
“Venesuela Milli Assambleyası Avropa Parlamentinin fevralın 8-i tarixli biabırçı qətnaməsini qəti şəkildə rədd edir. Bu akt ölkəmizin daxili işlərinə kobud müdaxilədir, Venesuelanın Konstitusiyasına hörmətsizlikdir, ölkədə sülhə və siyasi sabitliyə qarşı təcavüzün yeni eskalasiyası və dirçəldilməsi cəhdidir. Venesuela Milli Assambleyası ölkəyə qarşı qətnaməni kobud şəkildə dəstəkləyən və lehinə səs verən Avropa Parlamentinin üzvlərini persona non-qrata elan edir”, - sənəddə bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]