Vergidən yayınan taksi və yük maşınlarının sahibləri cəzalandırılırlar
Tovuz, 19 may (AZƏRTAC). Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” Departamentinin on bir saylı Regionalnəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətindən bijdirmişlər ki, kollektiv Tovuz, Ağstafa və Qazax rayonlarında nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşınmalarına görə ödənilən vergilərə nəzarət edir.
Cari ilin yanvar-aprel aylarında müəssisə tərəfindən nəqliyyat xidməti göstərən 2.700 minik və yük maşını qeydiyyata alınmış və onlara fərqlənmə nişanı verilmişdir. Bu nəqliyyat vasitələri tərəfindən sərnişin və yük daşınmasına görə büdcəyə 36 min 621 manat vəsait ödənilmişdir.
Məhdud Məsuliyyətli Cəmiyyətin əsas problemi taksi və yük maşınlarının sahibləri olan fiziki şəxslərin vergi ödəmələrindən yayınmasıdır. Bu ilin dörd ayı ərzində vergidən yayınan 393 nəqliyyat vasitəsinin sahiblərinə cərimə aktı tərtib olunaraq 14 saylı ərazi vergilər idarəsinə göndərilmişdir. Belə tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:34]
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]