Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
Vətən müharibəsində şəhid olan ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilovun anım günü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil edilən anım mərasimində əvvəlcə şəhidin məzarı ziyarət olunub. Sonra Mərkəzdə şəhidin anım tədbiri keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə ədliyyə kapitanı R.Xəlilovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Sonda vətənpərvərlik mövzusunda musiqilər ifa olunub.