Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı, 4 aprel, AZƏRTAC
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Feyruz Əhmədovun kənd təsərrüfatı təyinatlı texnika almaq istəyən şəxsə məxsus 48 min manatdan artıq pulu Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərinin yüksək vəzifəli şəxslərinə rüşvət qismində verilməsi adı ilə ələ keçirməsinə və bu hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Feyruz Əhmədova Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]