VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində ilk qızıl medal qazanılıb
Bakı, 19 fevral, AZƏRTAC
Rumıniyada onlayn formatda 13 ölkədən 135 şagirdin iştirak etdiyi VIII “InfO(1)Cup” proqramlaşdırma oimpiadasında məktəblilərimiz uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüb.
İlk dəfədir ki, məktəblilərimiz sözügedən yarışda qızıl medal qazanır.
Qeyd edək ki, bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]
AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
- 13.10.2026 [17:02]
MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]