ELM VƏ TƏHSİL
“Vikipediya”da Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Səlim Rəfiq Rəfioğlu haqqında məqalə yaradılıb
![“Vikipediya”da Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Səlim Rəfiq Rəfioğlu haqqında məqalə yaradılıb](/files/2020/1/1200x630/1587646113540147395_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” könüllüləri tərəfindən Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, tənqidçi, publisist və ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlu haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində yaradılan məqalədə Səlim Rəfiq Rəfioğlunun həyatı, yaradıcılığı və Azərbaycana gəlişi haqqında maraqlı məlumatlar yer alıb. Həmçinin onun kitabları və məqalələrinin siyahısı verilib.
Qeyd edək ki, Azərbaycan mühacirət ədəbiyyatı, tarixi haqqında məqalə yaradılması və redaktə olunması “Viki” könüllülər tərəfdən daima diqqətdə saxlanılır. Onların zəngin həyat və fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması baxımından “viki”ləşdirilir. Əsas məqsəd görkəmli şəxsiyyətlər haqqında məlumat əldə etmək istəyənlər üçün vahid informasiya bazasını zənginləşdirməkdir.