Viktor Osimhen “Fənərbağça” ilə derbi matçında oynaya biləcək
Bakı, 27 noyabr, AZƏRTAC
Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Viktor Osimhen Superliqanın XIV turunda “Fənərbağça” ilə keçiriləcək derbidə meydana çıxa biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbək məlumat verib.
“Osimhen bazar ertəsi, yəqin ki, heyətdə olacaq. Hədəfimiz də budur. Zədədən qayıdan digər futbolçularımız da böyük ehtimalla heyətdə yer alacaqlar. Meydana yaxşı heyətlə çıxacağıq”, - deyə klub rəsmisi bildirib.
Dekabrın 1-də “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İstanbul derbisini Yasin Kol idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:59]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:46]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:18]
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb
- 05.06.2026 [18:52]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [17:37]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:15]
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
- 05.06.2026 [16:35]