“Virtual bələdçi” xidməti istifadəyə verilib
Bakı, 23 aprel, AZƏRTAC
“Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə “Virtual bələdçi” xidməti istifadəyə verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xidmətdən faydalanmaq üçün istifadəçilər portalda (www.virtual.edu.az) “Sualınız var?” bölməsində onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər.
Bununla yanaşı, portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti göstərilir. Vətəndaşlar müraciətlərində tələb olunan məlumatları (çətinlik haqqında qısa təsvir, şagirdin FİN kodu, şagirdin adı, soyadı və atasının adı, oxuduğu sinif və məktəb, doğum tarixi, əlaqə nömrəsi) qeyd etməklə [email protected] elektron ünvanına və yaxud Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin “Facebook” səhifəsində məktub bölməsinə göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]