Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar
Bakı, 15 sentyabr, AZƏRTAC
Rusiyada koronavirusun ikinci və sonrakı dalğalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.
“Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəssüf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq”, - deyə o, Birinci kanalda yayımlanan “Dok-tok” proqramının efirində bildirib.
Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni “Sputnik V” vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.
Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus əleyhinə vaksini qeydiyyatdan keçirib. Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutu tərəfindən hazırlanan “Sputnik V” preparatı iyun və iyul aylarında klinik sınaqlardan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]