VLADİMİR MASLAÇENKO: MƏNİM BAKIDA OYUNUM HƏR ZAMAN UĞURLU OLUB
Bakı, 28 yanvar (AZƏRTAC). Rusiyanın tanınmış futbol şərhçisi, Sovet İttifaqı dövründə “Spartak” və “Lokomotiv” klublarının şərəfini qorumuş Vladimir Maslaçenko Futbol Akademiyasında idman jurnalistləri ilə görüşmüşdür.
Rusiyalı şərhçi hələ sovet dönəmində Bakıya səfərlərini xoş xatirələrlə yada salaraq söyləmişdir: “Bakıya biz hər zaman böyük məmnuniyyətlə gəlirdik. Çünki burada adətən oyunumuz uğurlu alınırdı. Hələ tələbəlik illərində mən sessiyalarımın yarısını Bakıda Bədən Tərbiyəsi İnstitutunda verirdim. Bu işdə mənə daim əfsanəvi Tofiq Bəhramov yardımçı olurdu”.
Maslaçenko Azərbaycanda hər zaman istedadlı futbolçular olduğunu söyləyərək, Futbol Akademiyasının yaranmasının gənc futbolçuların yetişməsində əhəmiyyətli rolunu vurğulamışdır.
Artıq 16 ilə yaxındır ki, “NTV+” kanalında çalışdığın söyləyən qonaq, şərhçi kimi topladığı təcrübəni jurnalistlərlə bölüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [23:40]
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:19]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [22:52]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]