VNUKOVO-2 HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də axşam Moskvaya gəlmişdir.
Vnukovo-2 hava limanında Azərbaycan dövlətinin başçısını Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident İlham Əliyev onun üçün ayrılmış iqamətgaha yola düşdü.
######
