Voleybol üzrə növbəti Avropa çempionatı 4 ölkədə keçiriləcək
Bakı, 1 sentyabr, AZƏRTAC
Avropa Voleybol Konfederasiyası (CEV) növbəti yeniliyə imza atıb.
AZƏRTAC xəbər verir ki, CEV Polşanın Krakov şəhərində keçirdiyi 38-ci Baş Assambleyasında tarixi qərar qəbul edib.
Belə ki, 2019-cu ildə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi 4 ölkədə təşkil olunacaq. Bu il qitə çempionatına ev sahibliyi edəcək Azərbaycan və Gürcüstan estafeti Çexiya, Polşa, Macarıstan və Türkiyəyə verəcək. CEV hansı ölkənin hansı mərhələyə ev sahibliyi edəcəyini yaxın günlərdə açıqlayacaq.
CEV final mərhələsinin 2 ölkədə keçirilməsinə isə 2007-ci ildə qərar vermişdi. Həmin vaxtdan bəri həlledici oyunlara yalnız Polşa (2009) tək ev sahibliyi etmişdi.
Qeyd edək ki, “Avro-2017” Bakı, Tbilisi və Göygöldə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]