Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
Bakı, 15 iyul, AZƏRTAC
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının saytına istinadla xəbər verir ki, 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlaşan yığmamız iyulun 15-də Bolqarıstanda təşkil olunan təlim-məşq toplanışını davam etdirərək Rusiyaya yola düşüb. Komandamız Bolqarıstanda təlim-məşq toplanışı ərəfəsində iki dəfə Bolqarıstan milli komandası ilə yoxlama oyunu da keçirib. Birinci oyunda yerli komandaya 1:3 hesabı ilə uduzan komandamız ikinci oyunda rəqibini eyni hesabla üstələyib.
Təlim-məşq toplanışını Türkiyədə də davam etdirəcək voleybolçu qızlarımız Rusiya millisi ilə də bir neçə yoxlama matçı keçirəcək.
Komandamız turniri qəbul edəcək Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]