Volkan Bozkır: Türkiyə hər zaman Azərbaycanın yanında olub
Şuşa, 7 iyun, AZƏRTAC
Ermənistan hələ də beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışır. Bu, düzgün deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır iyunun 7-də Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib: “Müharibədən sonra imzalanmış razılaşma ilə İrəvan üzərinə götürdüyü öhdəliyi hələ də tam yerinə yetirməyib. Ermənistan Naxçıvanla əlaqələrin qurulmasına, xüsusilə Zəngəzur dəhlizinin açılmasına mane olur. Düşünürəm ki, bu, diplomatiya deyil. Təcrübəmə əsasən deyə bilərəm ki, yaranmış problemlərin həlli istiqamətində təşəbbüslər göstərilməlidir. Çətinliklər aradan qaldırılmalıdır. Azərbaycan bu gün güclü ölkədir, beynəlxalq nüfuzu var. Qarabağda bərpa işləri hazırda tam sürətlə davam edir”.
Füzulidə dağılmış evləri gördüklərini deyən Volkan Bozkır bu ərazilərin yenidən bərpa edilməsinin vacibliyini vurğulayıb. “Bölgədə böyük quruculuq işləri gedir. Burada Türkiyə şirkətləri də fəaliyyət göstərir. Türkiyə hər zaman Azərbaycanın yanında olub, indi də bir sıra layihələrdə öz dəstəyini göstərir. Bu, hər zaman davam edəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]