Volodimir Kreydenko: Azərbaycanla Ukrayna arasında enerji və ərzaq təhlükəsizliyi sahəsində razılaşmalar əldə edilib
Kiyev, 1 mart, AZƏRTAC
Azərbaycan ilə Ukrayna arasında enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində razılaşmalar əldə edilib.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda səfərdə olan ukraynalı deputatlar qrupunun rəhbəri, Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Volodimir Kreydenko söyləyib.
Deputatın sözlərinə görə, Ukrayna nümayəndə heyətinin səfəri davam edir, artıq parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, Azərbaycan hökuməti tərəfindən enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi sahələrində layihələrin dəstəklənməsi istiqamətində müəyyən nəticələr var.
“Ümid edirik ki, razılaşma və Azərbaycan tərəfindən verilən dəstək dövlətlərarası münasibətlərimizin inkişafına əlavə təkan və müsbət təsir göstərəcək, həyata keçirilən layihələrin iqtisadi nəticələri olacaq”, - deyə Volodimir Kreydenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [13:33]
WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası işə başlayıb
- 17.05.2026 [13:23]