Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitinə gəlib
Bakı, 1 iyun, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Moldovaya gəlib.
AZƏRTAC Moldpres informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna lideri səhər saatlarında sammitin keçiriləcəyi Kişineu yaxınlığındakı Bulboaca kəndindəki Mimi şərab kompleksinə gələn ilk dövlət başçısı olub.
Volodimir Zelenski teleqram kanalında müvafiq qeyd etməklə sammitdə iştirakını təsdiqləyib və əlavə edib ki, burada “çoxlu ikitərəfli görüşlər” olacaq. Onun sözlərinə görə, görüşlərdə “qırıcılar koalisiyası, Aİ, NATO, sülh formulu” kimi mövzular müzakirə ediləcək.
Avropa Siyasi Birliyi Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən yaradılıb. Bu platforma Avropa ölkələrinin fəaliyyətlərinin siyasi koordinasiyası, habelə Kiyev və Kişineu da daxil olmaqla, Aİ-dən kənar tərəfdaşlarla daha sıx dialoq üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
- 02.10.2026 [07:46]
ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib
- 02.10.2026 [07:07]
Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]