Volodimir Zelenski Polşa ilə sərhəddəki vəziyyətlə bağlı göstərişlər verib
Kiyev, 21 fevral, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 21-də selektor konfransı keçirib. Konfransda əsasən polşalı fermerlər tərəfindən Ukrayna ilə sərhədin bağlanması məsələsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski Telegram səhifəsində yazıb.
Konfrans zamanı sərhəddə yaranmış vəziyyət ətraflı təhlil olunub və Ukraynanın növbəti addımları müəyyənləşdirilib.
“Avropa İttifaqı ilə ticarətin liberallaşdırılması davam etməlidir və mən Avropa Komissiyasının aydın mövqeyinə görə minnətdaram. Bizim birliyimiz həm də ümumi təhlükəsizlik və Rusiyanın təcavüzü ilə təhdid edilən bütün ölkələrin təhlükəsizliyi naminə güclü olmalıdır. Situasiya maraqlarının birliyi sarsıtmağa haqqı yoxdur”, - deyə prezident qeyd edib.
Zelenski əlavə edib ki, konfransda cəbhədəki vəziyyət də müzakirə olunub.
“Müdafiə naziri Rustem Umerovun tədarüklərə dair ətraflı məruzəsi dinlənilib. Döyüş sursatı, silahlar, elektron döyüş sistemləri, pilotsuz uçuş aparatlarının gətirilməsi müzakirə edilib. Ərazilər üzrə vəziyyət haqqında Baş komandan Aleksandr Sırskinin, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və Xarici Kəşfiyyat Xidmətinin məruzələri dinlənilib”, - deyə Ukrayna Prezidenti bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]