Volodimir Zelenski: Ukrayna komandanlığı Baxmutun müdafiəsini davam etdirmək qərarına gəlib
Kiyev, 8 mart, AZƏRTAC
Ukrayna Baxmut şəhərini müdafiə etməyə davam edir və qoşunlarını geri çəkmir, çünki şəhər işğal olunarsa, rusların Donetsk vilayətinin digər yaşayış məntəqələrinə də yolu açılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.
Zelenski vurğulayıb ki, Ukrayna komandanlığı taktiki mülahizələrə əsaslanaraq Baxmutun müdafiəsini davam etdirmək qərarına gəlib.
"Biz başa düşürük ki, Baxmutdan sonra onlar daha da irəli gedə bilərlər. Onlar Kramatorska, Slavyanska qədər irəliləyə bilərlər. Baxmutdan sonra ruslar üçün Donetsk istiqamətində Ukraynanın digər şəhərlərinə açıq yol olar", - deyə Zelenski əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]