Volodimir Zelenski: Ukrayna NATO-ya üzvlük yolunda barışmaz olacaq
Kiyev, 5 aprel, AZƏRTAC
Müttəfiqlərin Ukraynanın NATO-ya üzv olmasına alternativ axtarmağa ehtiyac yoxdur, çünki dövlətimiz bu yolda barışmaz olacaq.
AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Varşavada Polşa lideri Andjey Duda ilə mətbuat konfransında etdiyi çıxışına istinadla xəbər verir.
Dövlət başçısı deyib: “Ukrayna səmimi, dost ölkədir, lakin bu müharibədə barışmazdır, yəni biz torpağımız, azadlığımız, uşaqlarımız və müstəqilliyimizdən vaz keçməyəcəyik.
O vurğulayıb ki, Polşa Prezidenti Andjey Duda Ukrayna dövlətini Avropa İttifaqı yolunda dəstəklədiyi zaman da barışmaz olub. Zelenski qeyd edib ki, Ukrayna bir çox tərəfdaş, lakin ilk növbədə Polşa sayəsində üzvlüyü əldə edib.
Prezident əlavə edib: “Həmçinin mən deməliyəm və Ukraynanın NATO yolunda daima kompromislər axtaran bütün tərəfdaşlarımıza çatdırmaq istəyirəm ki, Ukrayna bu məsələdə də barışmaz olacaq. Bu yolda Polşanın bizimlə olduğu üçün ona minnətdaram”.
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]
Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
- 12.06.2026 [14:41]
Fransada inflyasiya artıb
- 12.06.2026 [13:11]