V.PUTİN TÜRKİYƏDƏ İMZALANMIŞ SƏNƏDLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, dekabrın 6-da prezidentlər Vladimir Putin və Əhməd Necdət Sezər Rusiya ilə Türkiyə arasında dostluğun və çoxsahəli tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyannamə imzalamışlar. Rusiya Prezidenti birgə bəyannaməni və imzalanmış sazişləri yüksək qiymətləndirir.
Onun fikrincə, “bəyannamə nəinki qarşılıqlı fəaliyyətin artan keyfiyyətini möhkəmləndirir, nəinki indiyədək əldə olunmuş nailiyyətləri təsbit edir, həm də əməkdaşlığın perspektiv istiqamətini müəyyənləşdirir. Bəyannamə dövlətlərarası əlaqələrin bütün kompleksinin inkişafı baxımından ümumi əhval-ruhiyyəni əks etdirir”.
Prezidentlərin iştirakı ilə daha üç sənəd - su ərazilərinin hüdudlarından kənarda dənizdə hadisələrin qarşısının alınması haqqında, ikitərəfli hərbi-texniki əməkdaşlığın gedişində əldə edilən intellektual fəaliyyətin nəticələri üçün hüquqların qarşılıqlı surətdə qorunması haqqında və müdafiə sənayesi sahəsində əməkdaşlıq zamanı verilən məxfi materialların qarşılıqlı surətdə qorunması haqqında hökumətlərarası sazişlər, RF XİN-in Diplomatiya Akademiyası ilə Türkiyə XİN-in Strateji Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq haqqında, habelə “Qazprom” Açıq Səhmdar Cəmiyyəti ilə BOTAŞ şirkəti arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında memorandumlar və digər sənədlər də imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]