Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır

Vüqar Rəhimzadə: Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır

Bakı, 1 iyun, AZƏRTAC

Otuz ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurların miqyasına diqqət yetirsək ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin bütün dövrlərdə aktuallığını qoruyub saxladığını qeyd edə bilərik. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, qarşılıqlı təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının təməli qoyuldu. Onu da qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü əsasında Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirilməsi ənənəsinin təməli qoyuldu. Bu sərgi Azərbaycanın malik olduğu təbii resursların təqdimatında əhəmiyyətli rol oynadı. Bu baxımdan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi tərəfi də geniş təhlil edilir. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı, ölkəmiz yeni dostlar, tərəfdaşlar qazandı. “Əsrin müqaviləsi”nin əsas tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə iştirakçı, eyni zamanda, dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafı təmin edildi, Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycana artan maraq, inam ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin genişlənməsindən də aydın görünür. Artıq əməkdaşlığın coğrafiyası regional çərçivədən çıxaraq beynəlxalq miqyas alıb. Son 18 ildən artıq müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa təbrikində “Əsrin müqaviləsi”nin əhəmiyyətini belə xarakterizə etmişdir ki, əgər bu saziş imzalanmasaydı, hazırda Azərbaycanın iqtisadi və siyasi mövqeyinin hansı səviyyədə olacağını düşünmək çətin deyildi.

Bu rəqəmi açıqlamaqla bir daha diqqəti iqtisadiyyatın inkişafında neft amilinin roluna yönəldən YAP Xətai rayon təşkilatının sədri deyib: “Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, bunun da böyük əksəriyyətini neft-qaz sektoruna yatırılan investisiyalar təşkil edir. Azərbaycana artan inam və etimad Beynəlxalq Xəzər Neft və Qaz sərgilərinə qatılan dövlətlərin və şirkətlərin sayında da özünü qabarıq şəkildə göstərir. Ənənəvi olaraq keçirilən bu sərgilərdə Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin bir ildə enerji sektorunda qazandıqları uğurların hesabatı təqdim olunur. Onu da qeyd edək ki, 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi 2019-cu ildə keçirilib. Həmin ilin sonlarında dünyanın koronavirus infeksiyasına qarşı mübarizəyə başlaması ilə bağlı məhdudiyyət tədbirlərinin həyata keçirilməsi sərginin təşkilində də müəyyən fasilələrin yaranmasına səbəb olmuşdu. Artıq bu il yenidən ənənə bərpa olunaraq iyunun 1-dən Bakı Enerji Həftəsinə start verilir. Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisini, eləcə də Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir”.

Diqqəti dövlətimizin başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin iştirakçılarına məktubuna yönəldən Vüqar Rəhimzadə vurğulayıb: “Ölkə Prezidenti həmin məktubda da qeyd edir ki, Bakı Enerji Həftəsi Azərbaycan hökumətinin uğurla mübarizə apardığı pandemiyanın yaratdığı ikiillik fasilədən sonra yenidən təşkil olunur. Həm canlı görüşlər, həm də bölgənin sənaye liderləri ilə canlı dialoq sərgi və forumun əhəmiyyətini daha da artırır. Builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. O da təqdirəlayiq hal kimi qeyd edilir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki Enerji Həftəsində dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda, Bakı Enerji Forumu enerji sektorunun əsas tədbiri statusunu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirmişdir”. Azərbaycan, uzun müddətdir, belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bu əminlik ifadə edilmişdir ki, keçirilən sərgi və forum aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcək”.

Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən Vüqar Rəhimzadə deyib: “Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirən Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanır, çoxtərəfli əməkdaşlığın təşəbbüsçüsü və onları gerçəkləşdirən ölkə kimi tanınır. “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə XXV Beynəlxalq Neft və Qaz Sərgisində 25 ilin uğurlarına baxış keçirildiyi bir zamanda Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan daim yeni-yeni layihələrin gündəmə gətirilməsinə və icrasına səy göstərir. Təbii ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi önəmdən, təcrübə mübadiləsinə marağından, ən əsası malik olduğu təbii resurslardan səmərəli istifadə etmək istəyindən irəli gəlir. Artıq Cənub Qaz Dəhlizi 2020-ci il 31 dekabr tarixində son tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsi ilə tamamilə reallığa çevrildi. Dövlətimizin başçısı İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki nitqi ilə Azərbaycanın enerji sektorunda qazandığı uğurların aydın mənzərəsini yaratmaqla qarşıdakı dövrün hədəflərini açıqladı”.

YAP Xətai rayon təşkilatının sədri bu il ənənəvi 27-ci Xəzər Neft və Qaz Sərgisinin dünyanın müxtəlif ölkələrindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirdiyini, iştirakçıların siyahısında Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiya şirkətlərinin olduğunu önə çəkərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan məktubu fonunda bu gün ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində artan rolundan bəhs edib. Məktubda qeyd olunduğu kimi, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Vüqar Rəhimzadə bir daha bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın enerji diplomatiyasındakı uğurları iqtisadi imkanlarımızın genişlənməsində əhəmiyyətli rol oynayır ki, bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərimizdə hazırda aparılan bərpa və quruculuq işlərinin geniş miqyas almasında sözünü deyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar