Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ədalətdən uzaq Fransanın simasızlığı

Vüqar Rəhimzadə: Ədalətdən uzaq Fransanın simasızlığı

Bakı, 24 mart, AZƏRTAC

Azərbaycan tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif etdi. İki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın bu istiqamətdə konkret addımlarını, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün səylərini görmürük. Bugünümüzün reallıqları 30 illik işğal dövründə yaşadıqlarımızı bir daha yada salır. Dünyanın hələ də ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilmədiyi, bəzi dünya güclərinin belə yanaşmaların dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin möhkəmlənməsinə mənfi təsir göstərdiyini düşünmək istəmədikləri diqqətdən kənarda qalmır.

İstər işğal, istərsə də postmünaqişə dövründə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi daim geniş müzakirə mövzusu olub. Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də bu, hansısa bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir. Başqa dövlətlərdən beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyi tələb edən Fransanın özü bu dəyərlərdən çox uzaqdır. Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisindən irəli gələn qərəzli mövqeyi davamlılığı ilə diqqətdədir. Görünən budur ki, Fransa Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın qərəzli bəyanatı da bunu təsdiq edir. Belə ki, Fransa rəsmisinin bu ölkə parlamentində çıxış edərək guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirləri qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Fransanın siyasətində aqressivlik özünü qabarıq şəkildə büruzə verir. Regionda və dünyada cərəyan edən proseslərə yanaşmalarda maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi Fransa hökumətini qərəzli mövqeyinə haqq qazandırmaq üçün bir aqresivlik nümayiş etdirməyə məcbur edir. Hazırda Fransada problemlər, Makronun əleyhinə nümayişlər geniş vüsət alıb. Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən Fransada dinc aksiya iştirakçılarına qarşı tətbiq etdiyi zorakılıq dünya mətbuatında geniş şərh olunur. Başı bu və ya digər ölkələrin daxili işlərinə qarışmağa cəhd etməyə qarışan Fransa Prezidenti yaxşı olar ki, öz ölkəsindəki problemlərlə məşğul olsun.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, artıq neçə aydır ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın səbəbi hər kəsə məlumdur. Atdığı hər bir qərəzli addımı ilə regionda sülhün tərəfdarı olmadığını sübut edən Fransanın bu aksiyanı öz maraqlarına uyğun şəkildə təhlil etməyə cəhd etməsi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə elə bir çıxışı yoxdur ki, bu məsələyə diqqət yönəltməsin və mahiyyətini dünya ictimaiyyətinə çatdırmasın. Reallıq budur ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə yaratmırlar. Ermənistanın, eyni zamanda, beynəlxalq hüququ, ədaləti arxa plana keçirib qərəzli yanaşması ilə diqqətdə olan Fransanın etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı iddiaları məqsədli şəkildə ortaya atılan dezinformasiyadan başqa bir şey deyil.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin diktəsi ilə oturub durmur. Fransa ədalətin və beynəlxalq hüququn qorunmasına, hər bir dövlətin bu dəyərlərə hörmətlə yanaşmasına səy göstərməlidir. Amma əfsuslar olsun ki, onun özünə bu dəyərlərin aşılanmasına böyük ehtiyac vardır. Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən, postmünaqişə reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə qəbuledilməzdir. Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əməkdaşlıq əlaqələrini quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və özünün də daxili işinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan dövlətinin çağırışlarında daim bu məqam xüsusi yer alır ki, hər bir dövlət öz daxili işi ilə məşğul olub başqalarının daxili işinə müdaxilə etməsə dünyada sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir