Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ordumuz ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır

Vüqar Rəhimzadə: Ordumuz ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır

Bakı, 29 iyun, AZƏRTAC

Tarixi Zəfərimizin reallıqları fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmiz qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. O zamandan iki ildən artıq vaxt keçməsinə baxmayaraq işğalçı Ermənistanın konkret addım atmaq barədə düşünmədiyi diqqətdən kənarda qalmır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirən Azərbaycan bunu qarşı tərəfdən də tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində müxtəlif formatlarda və məkanlarda aparılan danışıqların, keçirilən görüşlərin nəticəsi olaraq Ermənistan Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyini bəyan etsə də, sülh müqaviləsini imzalamaqdan yayınır. Təkcə son zamanlar sülh müqaviləsinin imzalanması yönümündə atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki, may ayının 1-4-də ABŞ-da iki ölkənin xarici işlər nazirlərinin sülh sazişi üzrə danışıqları baş tutdu. Nazirlər mayın 19-da Rusiyanın paytaxtı Moskvada da görüşdülər. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə, mayın 25-də Moskvada görüşü oldu. İyunun 1-də isə Kişineuda “Avropa siyasi birliyi”nin növbəti sammiti çərçivəsində beştərəfli formatda- Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın Kansleri Olaf Şolts və Fransanın Prezidenti Emmanuel Makron görüş keçirdilər. İyulun 21-də isə Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsinə dair razılıq əldə olunub.

Göründüyü kimi, Azərbaycan sülh müqaviləsinin imzalanması istiqamətində bütün səylərini göstərir, müxtəlif formatlarda görüşlərə qatılmaqla konkret addımın atılmasında maraqlı olduğunu nümayiş etdirir. Ümumilikdə ölkəmiz Brüssel formatını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hadisələrin gedişindən də bu reallıq özünü aydın şəkildə nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil və hər vasitə ilə bu prosesin uzanmasına səy göstərir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim olunması mərasimində səsləndirdiyi “Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq. Ona görə hələ də özümüzü təmkinlə aparırıq. Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur” bəyanatı özündə bütün məqamları açıqlayır.

İstər 30 illik işğal, istərsə 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə dünya Azərbaycanın, rəşadətli Ordumuzun hansı imkanlara malik olduğunun şahidinə çevrilib. Tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt qələbəsi Azərbaycan Ordusunun hansı gücə malik olduğunu nümayiş etdirdi. İşğalçı Ermənistan aldığı dərsdən nəticə çıxarmayaraq yeni ərazilər uğrunda müharibə planları hazırladı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbr kasasını doldurdu. Başlanan əks-hücum əməliyyatı rəşadətli ordumuzun artan gücünün təqdimatı oldu. Bir an belə olsun geri çəkilməyən ordumuz 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etdi. Dünyaya səs salan Şuşa əməliyyatı Ermənistanın məğlubiyyəti oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın müharibəsiz, siyasi yolla geri qaytarıldı. Qeyd etdiklərimiz Azərbaycan Ordusunun rəşadətinin, şücaətinin təqdimatı olmaqla yanaşı, Ermənistana və ona havadarlıq edənlərə ciddi dərs kimi dəyərləndirilir.

Baş redaktor bildirib ki, lakin bu dərsdən də nəticə çıxarmaq istəməyən Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün hərbi təxribatlarını davam etdirdi. Azərbaycan Ordusunun “Qisas” və “Qətiyyətli cavab” kimi əməliyyatları bir daha təsdiqlədi ki, ordumuzun gücü, qüdrəti daim artırılır, döyüş qabiliyyəti gücləndirilir. “Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik” söyləyən dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili fonunda qarşıdakı dövrün hədəflərini açıqlayır. Onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin 28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını təqdim edərkən bu çağırışı da etmişdir ki, artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Əgər yenə də Ermənistan saxtakarlıq etməsə, mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı, bəyanatı Ermənistana və ona havadarlıq edən dövlətlərə çiddi mesajdır. Təəssüflər olsun ki, işğalçı dövlət təxribatlarından əl çəkmir, bəzi dünya gücləri baş verənlərə laqeyd yanaşmaqla vəziyyətin gərginləşməsində maraqlı olduqlarını açıq-aydın göstərirlər. İyunun 26-da Qarabağda törədilən təxribat regionda sülhün təminatına qarşı növbəti cəhd oldu. Əvvəldə də qeyd etdiyimiz kimi, təxribatlar danışıqların pozulmasına, 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə hesablanıb. Təxribatın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşləri ərəfəsində törədilməsi Ermənistanın məqsədli niyyətindən irəli gəlir. Bu, bir daha təsdiqlədi ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına cavab gecikmədi. “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Azərbaycan dövləti daim bu çağırışı edir ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. İşğalçı dövlət 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.

Reallıq budur ki, Qarabağdakı terrorçu rejim birbaşa Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdədir. Belə olan halda bu sual hər kəsi düşündürür - Bu qüvvələrə dəstək verən korrupsioner və erməni lobbisinin sifarişi ilə fəaliyyət göstərən bəzi Qərb dairələri əslində kimlərin marağına xidmət edirlər?

Azərbaycan qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olur. Bunu hələ də işğalçı Ermənistana havadarlıq edib vəziyyəti gərginləşdirmək yolunu tutan bəzi aparıcı dövlətlər və beynəlxalq təşkilatlar da yaxşı bilir. Dövlət başçısı İlham Əliyevin “Biz hələlik özümüzü təmkinlə aparırıq” çağırışı qarşı tərəfə ciddi mesajdır. Vahid proqram əsasında inkişaf etdirilən, döyüş qabiliyyətini günbəgün artıran Azərbaycan Ordusu müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı hər bir təxribatın qarşısını qətiyyətlə alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO