Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək

Vüsal Qasımlı: EnterpriseAzerbaijan.com portalı Azərbaycana sərmayə cəlbini daha da sürətləndirəcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Prezident Sərəncamını şərh etmək üçün AZƏRTAC-a müsahibə verib.

- EnterpriseAzerbaijan.com Portalına ehtiyac nədən yarandı?

- EnterpriseAzerbaijan.com Portalı Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrası ilə əlaqədar olaraq yaradılıb. EnterpriseAzerbaijan.com portalının məqsədi ölkənin investisiya cəlbediciliyini daha da yüksəltmək və iqtisadiyyatın inkişafı üçün alternativ maliyyələşmə mənbələrindən istifadə imkanlarını artırmaqdır. Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. Potensial investor axtarışında olan layihə təşəbbüskarları (promoterlər) ilə investisiya yatırmaq üçün biznes axtarışında olan potensial sərmayədarlar EnterpriseAzerbaijan.com Portalında bir araya gələcəklər. Hazırda dünyada trilyonlarla dollar sərbəst maliyyə vəsaiti var ki, gəlir gətirmək üçün layihələr axtarır. Bu mənada dünyada sərbəst maliyyə vəsaitlərinin Azərbaycanda biznes layihələrinə cəlb edilməsi imkanları genişdir. Çünki Azərbaycan belə investisiyalar üçün “sakit liman”dır. İndiyədək iqtisadiyyatımıza cəlb olunmuş 125 milyard ABŞ dollarından artıq xarici sərmayədə heç bir ciddi problem olmayıb. Mən yerli layihə müəllifləri, sahibkarlar və sərmayədarlara səslənirəm ki, EnterpriseAzerbaijan.com portalı ilə yaxından əməkdaşlıq etsinlər.

Portal layihələr üçün həm inkubator, həm də akselerator rolunu oynayacaq. Dünyada 4-cü sənaye inqilabı baş verir. Rəqəmsal, fiziki və bioloji texnologiyaların tətbiqi baxımından EnterpriseAzerbaijan.com Portalına zərurət var. Çünki portal sərhəd tanımadan Azərbaycana belə texnologiyaların gətirilməsinə və sərmayə qoyuluşunun təşviqinə xidmət göstərəcək. Eyni zamanda EnterpriseAzerbaijan.com özü də yeni bir idarəetmə texnologiyasıdır. Hazırda dünyada rəqabət idarəetmə sistemləri, texnologiyalar, insan kapitalı və bazarlar uğrunda gedir.

- Siz belə rəqabət şəraitində hansı yenilikləri təqdim edəcəksiniz?

- EnterpriseAzerbaijan.com ilk dəfə olaraq Azərbaycan mənşəli layihələrə kraudfandinq, kraudinvestinq, toxum investor, mələk investor, vençur investor və digər alətlərdən istifadə edərək bütün dünyadan sərmayə cəlb edə biləcək. Biz artıq bütün dünyada uyğun tərəflərlə işləməyə başlamışıq. Məsələn, kreativ ideyalar üçün “KICKSTARTER”, istənilən növ layihələr üçün “İndieGOGO”, “GoFundMe”, “Planeta.ru” və “Onemission”, sosial və tibbi layihələr üçün “Youcaring”, qeyri-adi texnoloji ideyalar üçün “Crowdsupply”, vençur kapitalist maliyyələşməsi üçün “Crowdfunder”, elmi ideyalar üçün “Experiment”, sosial xarakterli layihələr üçün “Chuffed” ilə işləməyə başlamışıq.

Vençur investorları startapları kapitalla təmin edən və ya genişlənmək istəyən, lakin səhm bazarına çıxışı olmayan kiçik şirkətlərə dəstək olan investorlardır. Vençur investorlar bu kimi şirkətlərə yatırım etməyə meyillidirlər, çünki bu şirkətlər uğurlu olarsa, onlar külli miqdarda gəlir əldə edə bilərlər. Toxum investorlar layihəyə investisiya yatırmaq üçün biznes həyatının başlanğıcında qoşulurlar. Mələk investorlar startap və sahibkarların layihələrinin həyata keçirilməsinə investisiya yatırırlar. Bizə müraciət edən ideya və startap müəllifləri, habelə hazır biznes sahibləri bu imkanlardan yararlana biləcəklər.

Portalın təqdim etdiyi “Crowdfunding” funksiyası Azərbaycanda ilk nümunə olmaqla biznes ideyaları ilə yanaşı, ictimai-sosial, səhiyyə və digər sahələrə aid ideyaların da maliyyələşdirilməsinə imkan yaradacaq.

- Portalda fəaliyyət göstərən “Geoiqtisadi xəritə” barədə nə deyə bilərsiniz?

- Azərbaycanda ilk dəfə olaraq “Geoiqtisadi xəritə” EnterpriseAzerbaijan.com-da yaradılıb. Xəritədə infrastruktur, təbii sərvətlər, enerji stansiyaları, xidmət sektoru, banklar, şirkətlər, təhsil və elm müəssisələri, xüsusi zonalar, biznes inkubatorlar və s. daxil olmaqla 1200 əsas obyekt haqqında məlumat üç dildə - Azərbaycan, ingilis və rus dillərində qeyd olunub. Eyni zamanda, inzibati rayonlar və iqtisadi rayonlar da xəritədə əksini tapıb. İstənilən maraqlı şəxs bu xəritədən istifadə edərək biznesə aid olan bütün informasiyaları ala bilər. Beləliklə, investorun və sahibkarın işi asanlaşır. Geoiqtisadi xəritə postsovet məkanında ən mükəmməl xəritə sayıla bilər. Çünki dünya təcrübəsini araşdırarkən gördük ki, belə xəritələri çox az ölkələr təqdim edirlər.

- EnterpriseAzerbaijan.com portalından istifadə qaydaları necə olacaq?

- EnterpriseAzerbaijan.com-a startap, biznes ideyası, biznes satışı və s. həyata keçirmək istəyən istənilən şəxs müraciət edə bilər. Bunun üçün portalda qeydiyyatdan keçmək lazım gələcək. Müvafiq qaydada məlumatlar EnterpriseAzerbaijan.com portalında əks olunacaq. Digər tərəfdən isə, EnterpriseAzerbaijan.com-da axtarış funksiyası yaradılıb: iqtisadiyyatın sektoru, rayon, kriteriya və qiymətə uyğun olaraq layihə axtarmaq investor üçün unikal imkandır.

EnterpriseAzerbaijan.com-da investor üçün lazım olan bütün biznes prosedurları sadə infoqrafikalar vasitəsilə təqdim edilib. Eyni zamanda EnterpriseAzerbaijan.com-un mentorları biznes planın hazırlanması, şirkətin təsis edilməsi, logistika, bazar araşdırması və digər məsələlər barədə sahibkarlarımıza konsaltinq xidməti göstərməkdən məmnun olardılar.

- İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bundan başqa da innovativ layihələri, o cümlədən, “Azexport” və Rəqəmsal Ticarət Qovşağı da özünü təsdiqləyib. EnterpriseAzerbaijan.com portalı əvvəlki layihələrinizə necə inteqrasiya olacaq?

- Əslində “Azexport”, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com bir ekosistem təşkil edir. Məsələn, Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi e-rezidentlik və m-rezidentlik xarici vençur, toxum və mələk investorlara imkan verəcək ki, Azərbaycana gəlmədən belə bizim təqdim etdiyimiz layihələri maliyyələşdirsinlər. Yeri gəlmişkən, Azərbaycan dünyada qeyri-rezidentlərə e-rezidentliyi təqdim edən ikinci, m-rezidentliyi təqdim edən ilk ölkədir. Belə yeni texnologiya və idarəetmə sistemi innovativ investorları cəlb edir. Eyni zamanda, Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi təqdim edir, həmçinin Mastercard və Visa ilə də elektron ödənişlərin həyata keçirilməsi üçün danışıqlarımız var. Bu yolla xarici sərmayələrin biznes layihələrinə təhlükəsiz və çevik cəlbi imkanlarını yaratmış oluruq. Rəqəmsal Ticarət Qovşağı qeyri-rezidentlərə Azərbaycanda onlayn qaydada müəssisə təsis etmək imkanlarını da yaradıb. Yəni xarici sərmayənin Azərbaycana gəlməsi üçün bütün imkanlar var.

EnterpriseAzerbaijan.com üzərindən uğur qazanan biznes Azexport portalının imkanlarından istifadə edərək “Alibaba” və “Amazon” başda olmaq üzrə bütün e-ticarət portallarına çıxış əldə edəcək. “Azexport”un tərəfdaş bankları faktorinq, akkreditiv, inkasso, ixrac qarantiyası və ixrac sığortası vasitəsilə EnterpriseAzerbaijan.com-un biznes layihələrinin ixrac imkanlarını genişləndirəcək.

Göründüyü kimi Prezident İlham Əliyevin tapşırıqları əsasında yaradılmış Azexport, Rəqəmsal Ticarət Qovşağı və EnterpriseAzerbaijan.com portalları tam bir innovativ platforma olaraq davamlı iqtisadi inkişafa xidmət edir. Cənab Prezidentin 19 sentyabr 2018-ci il Fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi ilə birlikdə www.azexport.az və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib