Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyana danışıqları: ərazi bütövlüyünün bərpası ilkin şərt kimi

Vyana danışıqları: ərazi bütövlüyünün bərpası ilkin şərt kimi

Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan danışıqlara ekspertlər və kütləvi informasiya vasitələri böyük maraq göstərib. Uzun müddət idi ki, tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirə apara bilmirdilər. Bunun səbəbi Ermənistanda baş verən siyasi proseslər nəticəsində yaranmış iqtidar dəyişikliyi ilə bağlı idi. İndi isə proses yenidən canlanıb. Danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər. Müzakirələrdən sonra münaqişə tərəfləri və həmsədrlər müsbət məzmunda fikir bildiriblər. Həmsədrlər yaydıqları bəyanatda pozitiv məqamı açıq ifadə ediblər. Ermənistanın baş naziri də bütövlükdə danışıqların faydalı olduğunu bəyan edib. Bunlarla yanaşı, dəqiq və dolğun qiyməti Azərbaycan Prezidenti verib. Həmin məqamın işığında Vyana görüşünün geosiyasi analizi üzərində dayanmaq istərdik.

Baş tutan görüş: format dəyişmir!

Ermənilər çox sevinirlər ki, nəhayət, N.Paşinyan Azərbaycan Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi müzakirə aparmaq üçün görüşə bildi. Vyanaya qədər İlham Əliyevlə N.Paşinyan Düşənbədə və Davosda danışmışdılar. Ancaq ilk dəfə idi ki, Vyanada münaqişənin həlli ilə bağlı üç saatdan çox davam edən danışıq oldu. Bu, martın 29-da baş verdi.

Ermənilər nəyə sevinirlər? Hesab edirlər ki, N.Paşinyan İlham Əliyevlə müzakirə apara bilirsə, deməli, Azərbaycan tərəfi Ermənistanın yeni iqtidarının legitimliyini qəbul edir. Eyni zamanda, N.Paşinyanla da nəyisə müzakirə etməyin lazım olduğunu qəbul edir. Əslində, bunlar beynəlxalq hüquq normaları çərçivəsində olan hadisələrdir və Azərbaycan üçün heç bir problem yaratmır. Bu səbəbdən Ermənistan üçün daha vacib olanı Azərbaycanın hərbi yolla torpaqları azad etmək planını hələ işə salmamasıdır. Ermənistan mediasında yer alan informasiyalar ermənilərin məhz bu məqamdan çox çəkindiyini göstərir.

Reallıq isə bir qədər başqa müstəvidədir. Məsələ ondan ibarətdir ki, Azərbaycan heç zaman münaqişənin sülh yolu ilə həllinə etiraz etməyib, əksinə, həmişə bu xəttə sadiq qalıb. Lakin Ermənistan nə zaman təcavüzkar kimi davranmağa çalışıb, Azərbaycan Ordusu onun cavabını yaxşı verib. Son olaraq bu, 2016-cı ilin aprelində və daha sonra Naxçıvanda özünü göstərdi. Ermənistan hakimiyyəti anladı ki, güc dili ilə Azərbaycanla danışmaq onu fəlakətə aparır. Bu səbəbdən N.Paşinyanın İlham Əliyevlə müzakirə apara bilməsinə çox çalışırdılar.

Vyanada aparılan danışıqlar yuxarıda vurğulananlarla yanaşı, onu da göstərdi ki, Ermənistan danışıqlar prosesinə heç bir pozitiv impuls verə bilmir. Vyanada Ermənistanın Dağlıq Qarabağdakı separatçı-terrorçuları danışıqlar prosesinə qoşmaq cəhdinin fiasko ilə nəticələndiyi bir daha aydın oldu. N.Paşinyan məcburən Azərbaycan Prezidenti ilə danışıqlarla bağlı fikir mübadiləsi apardı. Və orada qondarma "DQR"dən nümayəndə yox idi. Bu məqam N.Paşinyanın "ortaq təhlükəsizlik şurası" planının da sabun köpüyü olduğunu nümayiş etdirdi. Çünki "Ermənistan və Artsaxın (Qarabağ - redaktorun qeydi) təhlükəsizlik şuralarının birgə toplantısı"ndan sonra N.Paşinyan ədabazlıqla demişdi ki, "Artsax ona öz adından danışıqlar aparmaq hüququnu vermədi". Vyanada isə N.Paşinyan, əslində, bütün erməni separatçılarının adından danışıb. Özü də o, humanitar əlaqələrdən, xalqlar arasında münasibətlərin yaranmasından bəhs edib. Ermənistanın baş naziri sevincək bəyan edib ki, görüş müsbət olub. Danışıqlarda irəliləyiş olmasa da, "müzakirələr başlayıb". Yəni Ermənistan hakimiyyəti müzakirə faktının özünün olmasına sevinir. Təbii ki, Azərbaycan Ordusunun gücünü görənlər bir daha onunla qarşılaşmamağa üstünlük verməlidir. Lakin məsələnin başqa tərəfləri də vardır.

Əlbəttə, münaqişənin danışıqlarla yolu ilə həlli Azərbaycana da sərf edir. Əsas odur ki, torpaqlar işğaldan azad edilsin. İşğalçı rədd olub getsin. Ermənilərdə olan türk-müsəlman fobiyası tarixin arxivinə atılsın. Ancaq Ermənistanın müdafiə naziri D.Tonoyanın Vaşinqtonda dediyi bir neçə cümlə bu ölkənin hələ də qeyri-konstruktiv mövqedə olduğunu təsdiq edir. Orada erməni nazir "yeni ərazilər uğrunda yeni müharibə" tezisini "kəşf etdiyini" utanmadan söyləyib. ABŞ özünü demokratiyanın beşiyi sayır, erməni isə məhz orada bəyan edir ki, Azərbaycanın yeni ərazilərini işğal etməyə hazırlaşırlar. Maraqlıdır ki, D.Tonoyanın beynəlxalq hüquqa tam zidd olan bu sərsəmləməsinə Vaşinqton reaksiya verməyib. Əgər belə bir fikri İranın və ya başqa bir müsəlman ölkəsinin müdafiə naziri söyləsəydi, Qərb necə reaksiya verərdi? Sualın cavabı İraq, Əfqanıstan, Suriya və digər müsəlman ölkələrində baş verənlərdədir.

Əslində, Azərbaycan üçün bu kimi söyləntilər boş bir şeydir. Ermənistan ordusu Azərbaycana qarşı bir addım atdığı andan darmadağın olacaq. Bunu ermənilər yaxşı bilir, buna görə də "yeni ərazi" iddiasının onlar üçün yeni faciələr gətirəcəyinə şübhə etmirlər. Ancaq Vyanada Ermənistanın baş nazirinin humanitar əlaqələrdən danışdığı bir vaxtda müdafiə nazirinin ABŞ-da müharibədən dəm vurması erməni siyasi düşüncəsinin anormallığından xəbər verir. Bu baxımdan N.Paşinyanın müsbət hal kimi qiymətləndirdiyi danışıqların necə sonuclanacağı aydın deyil.

Həqiqət anı: Prezident danışıqları obyektiv və dəqiq qiymətləndirib

Əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin danışıqlarla bağlı ifadə etdiyi dəqiq, obyektiv və lakonik fikirlərin fonunda ermənilərin söylədikləri çox sönük və qeyri-obyektiv görünür. Dövlət başçısı İlham Əliyev Rusiyanın TASS agentliyinə verdiyi müsahibədə vurğulayıb: "Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir".

Deməli, hələlik danışıqlar prosesində etimad məsələsi önəm kəsb edir. Bu səbəbdən məsələnin mahiyyəti ilə bağlı danışıqlara başlanması müsbət haldır. Bu çərçivədə humanitar məsələlərin də müzakirəsi mümkündür, ancaq o barədə danışmaq hələ tezdir. Konkret vəziyyət bundan ibarətdir. Azərbaycan Prezidenti fikirlərini inkişaf etdirərək bəyan edib: "Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq".

Aydındır ki, danışıqların səmərəli olması üçün onun hansı formatda aparılması çox vacibdir. Nə Azərbaycan tərəfi, nə də həmsədrlər N.Paşinyanın danışıqların formatını dəyişməklə bağlı irəli sürdüyü iddianı dəstəkləməyiblər. Bu o deməkdir ki, N.Paşinyan özü də istəmədən öncəki formatda danışıqlar masasına oturmalı olub. Bunu etməsəydi, Ermənistan ciddi zərbələr alacaqdı. Deməli, erməni KİV-lərinin hay-küyünə baxmayaraq, rəsmi İrəvan yeni heç nə təklif edə bilməyib və edə biləcəyi ehtimalı da çox aşağıdır. Danışıqların bu formatda davam etdirilməsi BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədləri nəzərə almağı tələb edir. Bu isə avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpasını şərt kimi qoyur. Dövlət başçısı İlham Əliyev həmin bağlılıqda ifadə edib: "Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur".

Olduqca konkret, dəqiq və aydın ifadə edilib - Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir! Əlbəttə, bu şərtlərin ödənildiyi halda humanitar əlaqələrə heç kəs etiraz etməz. Yəni humanitar əlaqələr məqsəd deyil, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün lazım olan psixoloji məqamdır. Bu həqiqəti erməni ictimaiyyətinin də anlaması zamanı gəlib. Vyana danışıqlarının müsbət tərəfi məhz bu kimi məqamların artıq müzakirəyə çıxarılması ilə bağlıdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir