VYANA ŞƏHƏR MARAFONUNDA İLK DƏFƏ AZƏRBAYCAN NÜMAYƏNDƏSİ DƏ İŞTİRAK EDƏCƏKDİR
Vyana, 16 aprel (AZƏRTAC). Aprelin 19-da Avstriyanın paytaxtı Vyana şəhərində 26-cı ənənəvi şəhər marafonu keçiriləcəkdir. 1984-cü ildən bəri hər il təşkil edilən və dünyanın müxtəlif ölkələrindən minlərlə peşəkar və həvəskar idmançının qatıldığı bu idman bayramı şəhərin illik tədbirlər təqvimində özünəməxsus yerə malikdir.
Sevindirici haldır ki, ilk dəfə olaraq belə bir mötəbər idman yarışında Azərbaycan nümayəndəsi də iştirak edəcəkdir. Azərbaycanın Avstriyadakı hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev ATƏT-də akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində yarışacaqdır. Həmyerlimizin komanda yoldaşları Avstriya, Finlandiya və Yaponiyanın ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələri olacaqdır. Komandalar üzrə marafon qaçışının qaliblərinə xüsusi sertifikat və medallar təqdim ediləcəkdir.
Qeyd etmək lazımdır ki, yarışda iştirak edən marafonçular xoş niyyətli xeyriyyə fəaliyyəti də göstərəcəklər. Belə ki, iştirakçılar xərçəng xəstəliyinə tutulmuş uşaqların müalicəsinə yardım məqsədilə Vyanada yaradılmış fonda pul köçürəcəklər.
Aprelin 15-nə olan məlumata görə, marafonda iştirak etmək üçün 6 kateqoriya üzrə 27 mindən artıq idmansevər qeydiyyatdan keçmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]