Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada Cənubi Qafqazda münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

Vyana, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Vyana Diplomatiya Akademiyasında “Cənubi Qafqaz yolların qovşağında: münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Vyanadakı diplomatik korpusun təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların əməkdaşları, beynəlxalq münasibətlər üzrə mütəxəssislər və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Vyana Diplomatiya Akademiyasının rektoru, səfir Emil Briks və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev giriş nitqi söyləyiblər. Çıxışlarda münaqişədən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə nəzər salınıb, postmüharibə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında və regionda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərdən, Azərbaycanın regionda oynadığı roldan, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışılıb, əməkdaşlığın perspektivlərinə toxunulub.

R.Sadıqbəyli beynəlxalq konfransın Azərbaycan xalqının tarixində faciəvi olduğu qədər də şərəfli yer tutan Qanlı Yanvar ərəfəsinə təsadüf etdiyinə diqqət çəkərək, ərazi bütövlüyü və suverenliyini tam bərqərar etmiş Azərbaycanın hazırda regionda sülh və təhlükəsizlik üçün addımlar atdığını vurğulayıb. Həmçinin Azərbaycan və Ermənistan arasında birbaşa sülh danışıqlarının aparılması sayəsində tərəflər arasında yaxın gələcəkdə yekun sülh sazişinin bağlanması üçün tarixi imkanın olduğu vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Cənubi Qafqaz regionunda ciddi transformasiyanın getdiyi, münaqişənin həllinin regionun gələcəyi üçün yeni səhifə açdığını bildirib. O, elmi dairələrin, siyasi xadimlərin, ekspert və ictimaiyyət nümayəndələrinin qatıldığı beynəlxalq konfransların və aparılan fikir mübadiləsinin regionda gedən proseslərə yeni baxışların formalaşmasına təkan verəcəyini ifadə edib.

Konfransın “Cənubi Qafqaz yolların qovşağında: münaqişədən sonrakı şəraitdə regional əməkdaşlığın yeni perspektivləri” adlı ilk sessiyasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Qərb ölkələrinin araşdırılması üzrə şöbə rəhbəri Vasif Hüseynov, “FACE konsaltinq” şirkətinin təsisçisi, geosiyasət üzrə ekspert Velina Çakarova, Aİ-nin “Mariya Küri” Qlobal proqramının iştirakçısı, NATO-nun eksperti, beynəlxalq təhlükəsizlik üzrə aparıcı strateji analitik Maurizio Qeri çıxış ediblər. Çıxışlarda Avrasiyanın əsas nəqliyyat dəhlizləri barədə ümumi məlumat verilib, onların arasında mühüm əhəmiyyət kəsb edən Orta Dəhliz və onun üzərində yerləşən Cənubi Qafqazın xüsusiyyətlərindən bəhs edilib. Bildirilib ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təminatındakı rolu, eləcə də Zəngəzur dəhlizi işə düşdükdən sonra Avropa və Asiya arasında əlaqələrin inkişafına müsbət təsir göstərə biləcək.

Çıxışlarda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasından sonra Avropa İttifaqının rolu və regionda sülh üçün əməkdaşlıq, regional təhlükəsizlik və əməkdaşlıq üçün Cənubi Qafqazda yeni geosiyasi maraqlar, post-konflikt reallıqları çərçivəsində sülh prosesində regional və qlobal aktorların töhfəsi mövzularına da toxunulub.

Münaqişədən sonrakı vəziyyətdən bəhs edən mütəxəssislər yekun sülhün iki ölkə arasında münasibətlərin normallaşması üçün mühüm amil olduğunu vurğulayıblar. Bu istiqamətdə tərəflər arasında sərhədlərin delimitasiyası və kommunikasiya xətlərinin yenidən açılmasında hələ də fikir ayrılığı olduğu diqqətə çatdırılıb. Həmçinin ifadə edilib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün hərbi gücdən istifadə etmək niyyətində deyil və dəfələrlə belə bir planın olduğuna dair fikirləri rədd edib.

Münaqişədən sonrakı regional inteqrasiya üçün göstərilən müxtəlif formatlı təşəbbüslərdən bəhs edilib, bu təşəbbüslərin regional əməkdaşlıq üçün oynaya biləcəyi roldan bəhs olunub.

“Avropanın enerji təhlükəsizliyi, enerji mənbələrinin genişləndirilməsi və onların təchizatı marşrutları: Azərbaycanın rolu” adlı ikinci sessiyada Oksford İnstitutunun enerji araşdırmaları üzrə aparıcı məsləhətçisi, “Eurasia Analytics”in təsisçisi və direktoru Gülmira Rzayeva, Baltik dənizi ölkələri şurasında Enerji bölməsini keçmiş rəhbəri, “Turquoise International” şirkətinin baş məsləhətçisi Endryu Yanis Folkmanis və BMT-nin xüsusi təmsilçiliyinin Dayanıqlı enerji üzrə mütəxəssisi Daniel Qros çıxış ediblər.

Çıxışlarda Cənub Qaz Dəhlizi boru kəmərinin genişləndirilməsi, Avropanın enerji təhlükəsizliyi, “Yaşıl Sövdələşmə”, enerji sistemlərinin dayanıqlılığının artırılması, Mərkəzi və Şərqi Avropa regionunda enerji diplomatiyası mövzuları diqqət mərkəzində olub. Həmçinin Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da yaşıl enerji, davamlılıq, iqlim üzrə layihələr və bu istiqamətdə investisiyaların artırılmasının təbliğ olunacağı vurğulanıb.

Türkiyənin Avstriyadakı beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəsi, səfir Levent Eler Qarabağ münaqişəsinin başa çatması ilə regional inkişaf və Azərbaycan-Ermənistan arasında normallaşmanın Türkiyə-Ermənistan arasında əlaqələrin bərpasına da müsbət təsir göstərəcəyini söyləyib. Səfir, eyni zamanda, diplomatik əlaqələrin inkişafı, bunun enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığa töhfə verməsi, bu proseslərin Cənubi Qafqazın hər üç ölkəsi və regional aktorlar tərəfindən dəstəklənməsi haqqında fikirlərini bölüşüb.

Çıxışlardan sonra dinləyiciləri maraqlandıran suallara cavab verilib, fikir mübadiləsi aparılıb.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO