VYANADA XOCALI SOYQIRIMI İLƏ ƏLAQƏDAR AKSİYA KEÇİRİLƏCƏKDİR
Vyana, 3 fevral (AZƏRTAC). Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 26-da Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri - Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirəcəkdir.
Ştefan meydanında qurulacaq çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdiriləcəkdir. Yerli əhaliyə erməni vandalları və keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayı tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat veriləcəkdir.
Quraşdırılacaq ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, eyni zamanda Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət” kampaniyasının internet səhifəsi (www.justiceforkhojaly.org) nümayiş etdiriləcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]