“Williams”ın pilotu Nikolas Latifi Formula 1 Azərbaycan Qran-Prisinin stüardları tərəfindən cəzalandırılıb
Bakı, 12 iyun, AZƏRTAC
“Williams” komandasının pilotu Nikolas Latifi Formula 1 Azərbaycan Qran-Prisinin stüardları tərəfindən cəzalandırılıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb 27 yaşlı pilotun yarış qaydalarını pozması olub. Belə ki, kanadalı pilot dəfələrlə göy bayraq siqnalına əhəmiyyət verməyib, həmçinin döngələrdə sürücülərin onu ötməsinə mane olub.
Əvvəlcə yarışın stüardları pilota 5 saniyəlik cərimə versələr də, daha sonra N.Latifini 1 cərimə xalı ilə cəzalandırıblar.
Hazırda N.Latifinin hesabında cari mövsüm 4 cərimə xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]