Xabarovskda azərbaycanlı məşqçinin xatirəsinə həsr olunmuş turnir keçirilib
Moskva, 3 aprel, AZƏRTAC
Rusiyanın Xabarovsk şəhərində azərbaycanlı məşqçi Telman Məmmədovun xatirəsinə həsr olunmuş diyar gəncləri arasında yunan-Roma güləşi üzrə turnir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, turnirin təşkilatçısı qismində “Azərbaycanlıların birliyi” Xabarovsk diyar ictimai təşkilatı çıxış edib.
Telman Məmmədov Xabarovsk şəhərində yaşayıb və yunan-Roma güləşi üzrə məşqçi olub. O, həmçinin Azərbaycan diasporunun ən fəal üzvlərində biri idi.
“Azərbaycanlıların birliyi” təşkilatı turnirdə ilk yerləri tutan 12 iştirakçıya pul mükafatları təqdim edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva