Xaçmazda ikimərtəbəli evdə yanğın olub VİDEO
Xaçmaz, 8 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 8-də Xaçmaz rayonunda yaşayış evində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın Nərəcan kəndində İslam Musayevə məxsus ikimərtəbəli evdə qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib.
Hadisə şahidləri bildiriblər ki, yanğın paltaryuyan maşının partlaması nəticəsində başlayıb və sonradan 3 otağa yayılıb.
Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğının səbəbləri araşdırılır.