Xaçmazda tarixi abidənin mühafizə zonasında inşa olunan qanunsuz tikili sökülüb
Xaçmaz, 31 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işləri ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilib. Ərazidə tikilən hasar sökülüb və abidənin mühafizəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlər görülür.
Tarixi abidənin mühafizə zonasında tikinti işlərinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün aidiyyəti dövlət orqanlarına da müraciət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:01]
“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib
- 02.10.2026 [16:01]