Xaçmazda yaşayış evində partlayış olub, xəsarət alan var
Xaçmaz, 19 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Hülövlü kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin ehtimala görə, qaz sobasının partlaması nəticəsində baş verən hadisə zamanı 1998-ci il təvəllüdlü Məmmədov Faiq İntiqam oğlu yanıq xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Partlayış zamanı Faiqin anası Məmmədova Zümrüd Eynulla qızı da evdə olub. Amma o, başqa otaqda olduğundan xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]