Xaçmazda yük və minik avtomobilləri toqquşub, ölən var
Xaçmaz, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 8-də Xaçmazda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" və "KamAz" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Ədilov Azər Yadulla oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:56]
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]
Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq
- 30.09.2026 [01:03]
Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb
- 29.09.2026 [20:54]