Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq artisti Qurban Pirimov “Cənnətim Qarabağ” rubrikasında

Bakı, 14 oktyabr, AZƏRTAC

“Şuşa İli” ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimatımız Azərbaycan peşəkar musiqi sənəti tarixində özünəməxsus yeri olan, xalqın görkəmli tar ustası, Xalq artisti Qurban Pirimova həsr olunub.

Qurban Baxşəli oğlu Pirimov 1880-ci ilin oktyabr ayında indiki Ağdam rayonunun Gülablı kəndində dünyaya göz açıb. Keçmiş Şuşa qəzasının tərkibinə daxil olan Abdal-Gülablı kəndi hələ o vaxtlardan Qarabağ mahalında xalq aşıqlarının yetişdiyi məskənlərindən biri kimi tanınırdı. Qarabağ hər zaman Qafqazın ən böyük musiqi mərkəzlərindən biri olub. Bir çox görkəmli xanəndələrimizi, məşhur musiqiçilərimizi yetirən bu torpaqda milli-mənəvi irsimiz illərlə şəcərədən-şəcərəyə ötürülüb. Bu qan yaddaşı Q.Pirimovun da taleyində özünü göstərirdi. Əslən XVIII əsrin adlı-sanlı saz-söz sənətkarı Aşıq Valehin şəcərəsinə mənsub olan Q.Pirimovun atası özü də el aşığı idi. Balaca Qurban hələ uşaq yaşlarından musiqiyə həvəs göstərərək saz, balaban, nağara, zurna kimi çalğı alətlərimizdə ifa etməyi öyrənmişdi. Oğlunun bu bacarığını görən Baxşəli kişi onu Şuşa şəhərinə müasir Azərbaycan tarının yaradıcısı Mirzə Sadığın (Sadıqcanın) yanına şagirdliyə göndərir. Ustadı Sadıqcandan tarda sərbəst çalmağı öyrənən yeniyetmə Qurban artıq 15 yaşından Qarabağda tarzən kimi tanınmağa başlayır. 1903-cü ildən musiqi məclislərində xanəndə İslam Abdullayevi tarda müşayiət edərək ölkənin bir çox bölgələrinə toylara gedir. Həmin toylardan birində dövrünün ən nüfuzlu xanəndəsi olan Cabbar Qaryağdıoğlu ilə tanış olur və onun dəvəti ilə 1905-ci ildə Bakıya köçür. Tezliklə xanəndə mükəmməl ifası ilə sənət xiridarlarının rəğbətini qazanan bu gənc tarzəni özünün yaratdığı üçlüyə qəbul edir. Çox çəkmir ki, həmin bu üçlüyün səs-sorağı nəinki bütün Qafqaza, hətta onun hüdudlarından kənara yayılır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirərək müxtəlif yerlərdə- Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olur. Onların ifa etdiyi muğamlar 1906-1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində müxtəlif səs yazma şirkətləri tərəfindən qrammofon vallarına yazılır.

Ömrünün düz 40 ilini Azərbaycan Opera və Balet Teatrına sərf edən Q.Pirimov milli opera sənətinin yaranmasında bilavasitə yaxından iştirak edib. O, əsl bir dost kimi dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə həyatının ilk sınağında böyük mənəvi dəstək göstərib. Belə ki, 1908-ci il yanvar ayının 12-də Tağıyev teatrında oynanılması nəzərdə tutulan “Leyli və Məcnun” operasının ilk tamaşasına hazırlıq prosesində heyət ciddi maneələrlə rastlaşıb. Bir çoxlarının bildiyi kimi həmin çətinliklər yalnız qadın rolları üçün aktyor axtarışı, kostyum tədarükü, dekorasiyalar və s. deyil, həm də musiqiçiləri bir araya yığmaqda idi. Xalq artisti Əfrasiyab Bədəlbəyli öz xatirələrində yazır ki, tamaşa qoyulduğu gün orkestrdə tar partiyasını çalmalı olan tarçı dəstəsi gündüz öz aralarında baş verən bir mübahisəni bəhanə gətirib axşam tamaşaya gəlməkdən boyun qaçırıblar. Bu xəbəri eşidən bəstəkarın dostları onu tək qoymayaraq tamaşanın ərsəyə gəlməsi üçün öz yardımlarını əsirgəməyiblər. Hüseyn Ərəblinskinin quruluş verdiyi operanın tamaşasına dirijorluğu Əbdürrəhim bəy Haqverdiyev edib. Orkestrdə skripkanı Üzeyir bəyin özü, tarda soloları isə tarzən Qurban Pirimov ifa edib.

Q.Pirimovun yaradıcılığının xüsusiyyəti ondan ibarətdir ki, bir çox məşhur əsərlər məhz onun bənzərsiz ifasının təsirindən yaranıb. O, məharətlə ifa etdiyi muğamlarla hər kəsin qəlbinə yol tapa bilib. Azərbaycan operasının təşəkkül dövründən başlayaraq görkəmli tarzən-solist kimi tanınan Q.Pirimov öz çalğısı ilə bütün bir orkestrın işini görür, vokalistləri məharətlə müşayiət edirdi. 1934-cü ildə səhnəyə qoyulan “Şahsənəm” operasının bəstəkarı Reynqold Qliyer öz əsərinin ən gözəl leytmotivlərini Q.Pirimovun “Arasbarı” və “Qarabağ şikəstəsi” çalğısından ilhamlanaraq yaradıb. Həmçinin Üzeyir Hacıbəyli özünün şah əsəri “Koroğlu”, Müslüm Maqomayev isə “Nərgiz” və “Şah İsmayıl” operalarında bir çox musiqi parçalarını tarzənin bənzərsiz ifasına uyğun bəstələyiblər. Bundan əlavə bəstəkar Fikrət Əmirov da “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları üzərində işləyərkən bir peşəkar kimi Q.Pirimovun köməyinə müraciət edib.

Sənətkarın yaradıcılığında klassik ifaçılıq sənətinin ali cəhətləri ilə müasir musiqi mədəniyyətinin ənənələri çox parlaq şəkildə birləşmişdi. Dahi bəstəkarımız SSRİ xalq artisti Qara Qarayev Q.Pirimovun sənətini belə səciyyələndirirdi ki, onun tarı sanki adi taxtadan və sümükdən düzəldilmiş bir alət deyil, xalqımızın ürəyinin atəşindən yaranmışdı. Bəstəkar ardınca, tarzənin çalğısında füsunkar bir gözəllik olduğunu, vurduğu hər mizrabda neçə ürəyin arzularından xəbər verdiyini, neçə qəlbin tellərini titrətdiyini ifadə edərək yazır ki, bu qocaman sənətkarın ifasına həyəcansız qulaq asmaq mümkün deyildi.

Q.Pirimov mahir bir tarzən olduğu kimi, həm də uzun illər peşəkar müəllim kimi də fəaliyyət göstərib. 1925-ci ildə Ü.Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında yaxından iştirak edərək öz sənət dostları ilə birlikdə milli musiqimizin fəal təbliğatçılarından biri olub. Onun Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın və başqa görkəmli xanəndələrin, Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov kimi Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələrinin yetişməsində xidməti danılmazdır.

Yaradıcılığının ilk illərindən başlayaraq ömrünün sonuna kimi vətəninə, xalqına ləyaqətlə xidmət edən sənətkar 1929-cu ildə Əməkdar artist, 1931-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Yetmiş illik yaradıcılıq yolunda mədəniyyət tariximizdə unudulmaz izlər qoymuş Qurban Pirimov 1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Q.Pirimovun qızı Sara xanım Azərbaycanın ilk qadın pianoçularındandır. Sara xanımın həyat yoldaşı dramaturq və ictimai xadim, Xalq yazıçısı Mirzə İbrahimov, övladları isə bəstəkar, professor Xalq artisti Sevda İbrahimovadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb