Xalq artisti Yasin Qarayevə həsr olunmuş kitabın təqdimatı keçiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illik yubileyinə həsr olunan “Alın yazısına inam” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, professor İlham Rəhimli tərəfindən qələmə alınan kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınıb, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollardan bəhs olunub.
“Alın yazısına inam” adlı kitabda, həmçinin Yasin Qarayevin insani keyfiyyətləri, yaradıcı xüsusiyyətləri haqqında müəllifin şəxsi müşahidələri, fikirləri, aktyorun ailə üzvləri, həmçinin sənət dostları ilə şəkilləri yer alıb.
Kitabın redaktoru Cavid Rəhimli, tərtibatçı rəssamı İlham Əzizoğlu, fotoların müəllifi isə Əli Əliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]