Xalq Bank növbəti təcili pul köçürmələri sisteminə qoşulmuşdur
Bakı, 7 may (AZƏRTAC). Xalq Bank daha bir təcili pul köçürmələri sistemi olan “Zolotaya Korona”ya qoşulmuşdur.
“Zolotaya Korona” beynəlxalq ödəmə və təcili pul köçürmə sistemlərindən biridir. Bu sistem vasitəsilə fiziki şəxslər əlverişli şərtlərlə (komisyon haqqı 1,5 faiz təşkil edir və göndərən tərəfindən ödənilir) qısa zamanda, hesab açmadan ABŞ dolları və avro valyutalarında pul vəsaitləri köçürmələri həyata keçirə bilərlər.
Köçürmələrin geniş coğrafiyası (MDB ölkələri, Gürcüstan, Türkiyə, Çin) eləcə də sürətli və təhlükəsiz olması sistemin əsas üstünlüklərindəndir.
Qeyd edək ki, təcili pul köçürmə xidmətləri bankın Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Neftçala, Mingəçevir, Cəlilabad, Yevlax, Xaçmaz, Şabran, Qazax və İsmayıllı şəhərlərində fəaliyyət göstərən 14 filialının hər birində təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:34]
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”nın 2-ci toplantısında təmsil olunub
- 09.09.2026 [17:58]
Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər
- 09.09.2026 [17:27]
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
- 09.09.2026 [16:36]