Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq yazıçısı Afaq Məsud Ukrayna qəzetinə müsahibəsində müəllifi olduğu “Azadlıq” romanından danışıb

Xalq yazıçısı Afaq Məsud Ukrayna qəzetinə müsahibəsində müəllifi olduğu “Azadlıq” romanından danışıb

Bakı, 4 fevral, AZƏRTAC 

Ukraynanın “Slovo prosviti” qəzeti Azərbaycanın Xalq yazıçısı Afaq Məsuddan müəllifi olduğu “Azadlıq” romanı ilə bağlı müsahibə götürüb.

Xatırladaq ki, roman Ukrayna Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyi ilə ukrain dilinə tərcümə edilərək Kiyevin “Друге дихання” nəşriyyatında nəşr olunub. AZƏRTAC müsahibənin mətnini təqdim edir.

- Afaq xanım, sizin yaradıcılığınız Ukrayna oxucularına yaxşı tanışdır. 2017-ci ildə Kiyevdə Ukrayna dilində nəşr olunan “Azadlıq” kitabınız burada böyük maraqla qarşılandı. İlk öncə, Ukrayna və ukrainlər haqqında təəssüratlarınızı, fikirlərinizi bölüşməyinizi xahiş edirik.

- Ukrayna hər zaman Azərbaycan üçün doğma məkan, ukrainlər dost, qardaş olub. Tarixboyu hər iki xalqı bir-birinə bağlayan bu doğmalıq bu gün də yaşanmaqdadır. Bu, heç bir maddi, ya siyasi marağa dayaqlanmayan, təmənnasız, əzəli bir bağlılıq, ruhi doğmalıqdır. Düşünürəm, bu doğmalığın təməlində hər iki xalqın oxşar mental keyfiyyət və xüsusiyyətləri dayanır. İlk növbədə, böyük insan sevgisi, mərhəmət, dözümlülük, mənəvilik və səmimiyyət.

- Ukrayna ədəbi tənqidçiləri “Azadlıq” romanını müzakirə edərkən simvolizm barədə xeyli danışdılar. Simvolizm sizin yaradıcılığınızda hansı yeri tutur? Məlumdur ki, Azərbaycan mədəniyyətində, mentallığında hər bir sözün, hərəkətin simvolik mənası var... Ukrayna oxucusu üçün də bu, olduqca maraqlı, eyni zamanda, bir qədər mürəkkəb, əsrarəngiz təsir bağışlayan məqamdır...

- Simvolizm təəssüratını, olsun ki, əsərdə təsvir olunan real həyatla paralel şəkildə, hansısa ələgəlməz, şəffaf aləmlərdə baş verən hadisə və situasiyalar yaradır. Reallığın alt qatında yatan gizli həqiqətlərin sirri də, həmin bu ərazilərdə açılır. Bu mənada, əsər boş görüntü hesab etdiyimiz yuxularımızın şüuraltımızda yatan qədimdən-qədim, gizli həqiqətlər dəfinəsi olduğunu, bu aləmin, reallığın özü qədər, bəlkə ondan daha gerçək və həlledici olduğunu sərgiləyir.

- Romanı yazmağa sizi nə sövq etdi?

- “Azadlıq” 90-cı illərin əvvəllərində - Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə qalxdığı keşməkeşli dövrlərdə yazılıb. O illər Bakının dənizkənarı bulvar tərəfində yerləşən Azadlıq meydanı Azərbaycanın döyünən ürəyinə çevrilmişdi, məmləkətin dörd bir yanından bura insanlar axışır, hər tərəfdən “Azadlıq” sədaları eşidilirdi. Bu, hədsiz təsirli bir mənzərə idi. Uzun illər sovetlər birliyinin tərkibində, sovet ideologiyası əsarətində boğulan xalq, artıq azad nəfəs almaq istəyirdi. Bütün bu hadisələrdə təbii ki, mən də iştirak edirdim, insanların günlər və həftələrlə meydanı tərk etmədiyini, soyuq gecələrlə tonqallar qalayıb, çadırlarda yatdığının şahidi olurdum. Eyni zamanda, bu izdihamlı xalq hərəkatına qatılan, lakin ölkədə nə baş verdiyini anlamayan, oraya Vətəninin dərdi, yaxud hansısa azadlıqlar üçün yox, neçə illərdən bəri üst-üstə qalanan xırda, məişət dərdləri ilə gəlib, o birilərlə bir “azadlıq!” - deyə qışqıran insan kütlələrini də görürdüm. Bu isə tamam ayrı, sarsıdıcı bir mənzərə idi. Onda məni belə bir hiss bürüdü ki, bu adamlara baş verənlərin mənasını anlatmaq, azadlığın mahiyyətini izah etmək lazımdı. Roman belə yazıldı.

- Romanı “Azadlıq” adlandırmaqla bu anlayışa, sanki hansısa məxsusi mənalar vermisiniz…

- Bilirsiniz, azadlıq - alt qatında xeyli sayda anlaşılmaz sirlər və mətləblər yatan, yarıqaranlıq dəhlizlər və döngələrlə dolu, müəyyən mənada Kainatın özü qədər ələgəlməz, mistik məfhumdur. İstər ona insan hüquq və azadlıqları prizmasından, istər xalq azadlığı, yaxud fərdin daxili azadlığı prizmasından yanaşanda belə. Mən özüm də bunu romanı yazmağa başlayanda anladım. Yəni, burada mətləb və nəticə daha dərindədir. Söhbət xalqın, millətin təyinatçısı olan fərdin daxili azadlığından gedir - fizioloji varlıq olaraq, öz bədəninin vəziyyətindən asılı olan, hər an xəstələnməyə, zamanla qocalmağa, sonda ölümə məhkum olan fərdin daxili azadlıq hissindən gedir... Və həmin bu fərdin, hətta öz yorğan-döşəyində, sanki bir kimsənin müdaxilə edə bilməyəcəyi intim, səssiz yuxularında belə azad olmadığı, ayrı sözlə desək, taleyinə yazılmış sirli alın yazısının icrasından yuxularında belə, bircə addım kənara çıxa bilmədiyi qaçılmaz həqiqət kimi ortaya çıxırsa, belə olan halda hansı azadlıqlardan danışmaq olar? Eyni mənzərə ilə “azadlığ”ın digər aspektlərində də üzləşməli oldum. Yəni mətləbin dərininə vardıqca, hər kəsin və hər şeyin - insanların, ölkələrin, xalqların, ümumiyyətlə, bütün yaradılanların bir-birindən, hansı mənadasa asılı, yaxud, bir-biri ilə necəsə bağlı olduğunun, bu asılılıqlar və bağlılıqlar dolu kip yaşam strukturunda azadlığı harada və necə axtarmağın acı həqiqəti ilə qarşılaşdım.

- Simvolizmdən söz düşmüşkən, “Azadlıq” romanı Ukrayna oxucusuna təqdim olunduğu dövrdə ölkəmiz əsərinizdə təsvir olunan həmin mərhələni yaşayırdı, sanki əsərdə Ukraynada baş verənlər təsvir olunurdu. Dediyim odur ki, sizin “Azadlıq” romanınız Ukraynanın mürəkkəb durumunda bir çoxlarımıza mənəvi dayaq oldu. Bəlkə, burada da bir rəmzi məna var. “Azadlıq” Ukraynaya məhz ölkənin bu kitaba ehtiyac duyduğu dövrdə gəlib çatdı? Bu barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, bu gün ətrafımızda baş verənlər, yəni real aləmlə, romanda təsvir olunan həmin irreal, incə aləmlər arasındakı sərhədlərin tədricən şəffaflaşdığı, bu prosesin, getdikcə, özünü daha qabarıq şəkildə büruzə verdiyi hiss olunur. Sanki həyatımız, baş verən hadisələr, həm də necəsə, bizim bilmədiyimiz, anlamaq iqtidarında olmadığımız, hansısa ayrı mənalar və əhəmiyyətlər kəsb etməyə başlayır. Məsələn, deyirsiniz, “Azadlıq” romanı, sanki Ukraynada baş verənləri əks etdirir, kitabın, məhz bu dönəmdə Ukraynaya yol açmasını rəmzi mənalarla əlaqələndirirsiniz. Eyni fikir Gürcüstanda, Rusiyada, eləcə də roman tərcümə, yaxud nəşr olunduğu digər ölkələrdə də səsləndirilir. Burada, sözsüz ki, mistik məqamlar və səbəblər var. İlk baxışda, səbəblərdən ən üzdə olanı budur ki, əsərdə təsvir olunanlar tarixboyu dünyanın bir çox ölkələrində yaşanıb və bu gün də yaşanmaqdadır. Yer üzündə elə bir xalq yoxdur ki, azad cəmiyyət, demokratik dəyərlər, azadlıq idealları və daha hansısa azadlıqlar uğrunda mübarizəyə qalxmasınlar. Yəni bu, min illərlə belə olub, düşünürəm, belə də olacaq. Görünən budur ki, uğrunda ölümə gediləsi İnsanlıq hər zaman azadlığa - ən ali həyat neməti, İnsanlıq Haqqı kimi can atıblar. Və məsələyə bir qədər dərindən yanaşanda, yəni xalqı, toplumu təmsil edən fərdin daxili azadlıq məsələsinin mahiyyətinə varanda, özünü, hansısa izaholunmaz, dərkedilməz həqiqətlərin astanasında hiss edirsən, bu məsələyə hər hansı aydınlıq gətirməyin - Kainatı, onun sərhədlərini təsəvvürə gətirmək qədər mümkünsüz bir iş olduğunu, bunun, bəlkə də, ruhun dərkedilmə sirri qədər insanlığa yasaq edildiyini anlayırsan.

- Romanda Heydər Əliyevin hakimiyyətə gəlişinə qədərki dövr təsvir edilir. Bu, dövlətçiliyə qarşı təhlükələrin yarandığı taleyüklü, tarixi bir mərhələ idi. Ukrayna da eyni yolu keçdi. Sizcə, Ukrayna oxucusu “Azadlıq” romanında dövlətçiliyə qarşı yönələn təhlükələrin aradan qaldırılmasını, ölkəsinin inkişaf yoluna qədəm qoymasını təmin edəcək impulslar tapa bilərmi?

- Roman ilk baxışda tarixi əsər təsiri bağışlayır. Onu belə də səciyyələndirmək olar. Ötən əsrin 80-ci illərinin ortalarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, öz müstəqilliyi uğrunda ayağa qalxan xalq kütlələri, Bakının mərkəzində yerləşən Azadlıq meydanında baş verənlər - savadsızlığı və təcrübəsizliyi ucbatından ölkəni uçuruma sürükləyən oyuncaq hökumət, səriştəsiz dövlət təmsilçilərinin xalqın gözü qarşısında sərgilədiyi tragikomik olaylar və sair və ilaxır. Roman - insan azadlığı, ictimai-siyasi, sosial azadlıqlar problemi, meydan hərəkatı və sair baxımından bu gün dünyanın bir çox ölkələrində baş verənlərlə səsləşməyə davam edir, bu səbəbdən də hər yerdə maraqla qarşılanır. Janr etibarilə isə bu, psixoloji-mistik dramdır, yəni “azadlıq” deyilən məfhumun, az qala toxma səviyyəsində araşdırılmasıdır. Dövlətçiliyə qarşı təhlükələrin aradan qaldırılmasına gəlincə, düşünürəm, əsər bu baxımdan da kifayət qədər impulsivdir. Yeri gəlmişkən, romanın birinci fəslində təsvir olunanlar, obraz və situasiyalar o dövrün reallığını əks etdirir. Bu fəsildə sovetlər birliyinin buxovlarından yenicə azad olmuş sahibsiz ölkəni, hakimiyyəti ələ keçirən, dövlət, dövlətçilik məfhumundan bixəbər bir dəstə adamın xalqın başına gətirdiyi müsibətlər təsvir edilir və bu gündən keçmişə nəzər salanda, həmin o həlledici dönəm Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkəsini, xalqını dərin və çıxılmaz uçurumdan xilas etdiyi danılmaz tarixi həqiqət kimi ortaya çıxır.

- Məlumdur ki, Azərbaycan Qərblə Şərqin arasında yerləşir. Azərbaycanlılar özlərini Şərq, yoxsa Qərb mədəniyyətinin bir hissəsi hesab edirlər?

- Azərbaycanın qədim və zəngin mədəniyyəti var. Bu yazılı tarix bizim eranın birinci minilliyinin sonlarından - qədim “Dədə Qorqud” dastanı ilə başlayır, dünya fikir xəzinəsinə misilsiz töhfələr vermiş Əfzələddin Xaqani, Nizami Gəncəvi, bu il 650 illik yubileyi Ukraynada da qeyd edilən İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və digər söz dahiləri ilə davam edir. Bəstəkarlarımız Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Vaqif Mustafayev, əsərləri dünya muzeylərində saxlanan rəssamlarımız - Səttar Bəhlulzadə, Cavad Mircavadov, Toğrul Nərimanbəyov … yeni siyahını sonsuza qədər uzatmaq olar. Fikir, duyğu və düşüncə arealı ilə dünya mədəniyyəti tarixinə yeniliklər gətirmiş dahilərimiz çoxdur. Bu belə müxtəlif çalarlı zəngin mədəniyyəti nə Qərbə, nə də bütünlüklə Şərqə aid etmək düzgün olar. Bu, ümumbəşəri dəyərlərdir. Bizim muğamat bu gün dünyanın hər bucağında Amerikada, Avropada heyrət doğurur.

- Ukrayna oxucularınıza nə arzulardınız?

- İlk növbədə, fərd və millət olaraq özünü dərk etməyi, müstəqilliyi qoruyub saxlamağı, dünyaya hər zaman açıq olmağı, haqqa, ədalətə aparan yolu tezliklə arayıb-tapmağı və ona çatmağı.

- Müsahibəyə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib