Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin dekabrı

Bakı, 30 yanvar, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1-3 dekabr - Prezident Heydər Əliyev ATƏT-in Zirvə görüşündə iştirak etmək üçün Lissabonda səfərdə oldu. Səfər çərçivəsində Türkiyə, Ukrayna prezidentləri ilə görüşdü və digər görüşlər keçirdi, Zirvə görüşündə nitq söylədi.

4 dekabr - Lissabondan Fransaya işgüzar səfər etdi.

6 dekabr - Azərbaycan ictimaiyyət nümayəndələri ilə görüşərək onları ATƏT-in Lissabon Zirvə görüşünün yekunları barədə məlumatlandırdı.

11 dekabr - Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin yeni ofisinin açılış mərasimində iştirak etdi.

14 dekabr - Xəzərin Azərbaycan sektorunda “Dan ulduzu” və “Əşrəfi” neft yataqlarının birgə işlənməsinə dair müqavilənin imzalanmasında iştirak etdi.

16 dekabr - Sərhəd Qoşunlarının yaradılmasının beşinci ildönümünə həsr olunmuş tədbirdə nitq söylədi.

18 dekabr - Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü.

20 dekabr - Akademik Opera və Balet Teatrında “Vivaldi Orkestri”nin xeyriyyə konsertində iştirak etdi.

22 dekabr - MDB Parlamentlərarası Assambleyası Komissiyasının üzvlərini qəbul etdi.

25 dekabr - Milli Qvardiyanın yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxış etdi.

29 dekabr - Zəngilan rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

30 dekabr - Milad bayramı münasibətilə ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların nümayəndəlikləri və şirkətlərin rəhbərlərini qəbul etdi.

31 dekabr - Şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil olunan Yeni il şənliyində iştirak etdi.

X X X

Heydər Əliyev bütün xarici səfərləri zamanı beynəlxalq ictimaiyyəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə məlumatlandırır, münaqişənin ədalətli həllinə nail olmaq üçün yorulmaz səylər göstərirdi. Beynəlxalq tribunalardakı hər bir çıxışında prinsipial mövqe ortaya qoyaraq, Azərbaycanın işğal faktı ilə heç vaxt barışmayacağını qətiyyətlə bəyan edirdi.

Ulu Öndərin 1996-cı il dekabrın 2-də ATƏT-in Zirvə görüşündə iştirak etmək üçün Lissabona səfəri də bu baxımdan səciyyəvidir. Zirvə görüşündə Azərbaycan və Qarabağ həqiqətlərini bir daha diqqətə çatdıran Heydər Əliyev bildirdi ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində heç bir güzəşt olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək. Torpaqlar işğaldan azad olunmalı, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qaytarılmalıdır. Bu prinsiplərin Zirvə görüşünün yekun sənədində öz əksini tapması Azərbaycan diplomatiyasının ilk böyük uğuru oldu.

Heydər Əliyev Bakıya qayıtdıqdan sonra respublika ictimaiyyətinin nümayəndələri ilə görüşərək onları ATƏT-in Lissabon Zirvə toplantısının yekunlari barədə məlumatlandırdı. Avropada təhlükəsizliyə və əməkdaşlığa dair sənədinin hazırlanmasının və müzakirəsinin çox mürəkkəb və gərgin şəraitdə keçdiyini diqqətə çatdıraraq, ərazi bütövlüyümüzün bərpası, insanların öz doğma torpaqlarına qayıtmaları üçün bütün imkanlardan istifadə olunduğunu bildirdi.

Sitat: “Mən sizi bir daha əmin edirəm ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, respublikamızın sərhədlərinin toxunulmazlığını təmin etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, yerindən-yurdundan didərgin düşmüş, indi çadırlarda ağır vəziyyətdə yaşayan bacılarımızı, qardaşlarımızı öz evinə, obasına qaytarmaq üçün bundan sonra da əzmlə çalışacağıq və mən ümidvaram ki, biz buna nail olacağıq. Bu gün buradakı görüşdə hökm sürən sağlam əhval-ruhiyyə, natiqlərin Azərbaycan dövlətinin siyasətini dəstəkləməsi və yolumuzun doğru-düzgün olması bizə daha da çox güc, inam verir. Əmin ola bilərsiniz ki, biz bundan sonra da bu inamla, bu iradə ilə çalışacağıq və Azərbaycan Respublikasının müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlayacağıq”.

Dövlət müstəqilliyini və suverenliyini təsdiq edən ən mühüm amillərdən biri silahlı qüvvələrdir. Bu sırada Milli Qvardiya xüsusi yer tutur. 1996-cı il dekabrın 25-də Milli Qvardiyanın yaradılmasının beş illiyinə həsr olunmuş mərasimdə iştirak edən Ulu Öndər çıxışında bu silahlı qurumun üzərinə Azərbaycan Prezidentini qorumaq kimi şərəfli vəzifə düşdüyünü vurğuladı və əmin olduğunu bildirdi ki, Milli Qvardiyanın hər bir döyüşçüsü Vətənin, müstəqil Azərbaycanın, onun prezidentinin yolunda qüvvəsini əsirgəməyəcək, lazım gələrsə qəhrəmanlıq, rəşadət nümunələri göstərəcək.

Sitat: “Azərbaycanın Prezidenti kimi mən Milli Qvardiyanı dövlətçiliyimizin, prezidentin xüsusi dayaq qüvvəsi hesab edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Milli Qvardiyanın şəxsi heyəti, hər bir əsgəri, zabiti, döyüşçüsü bu yüksək keyfiyyətlərə, tələblərə layiq olacaq. Səmərəli fəaliyyət göstərmək, dövlətçiliyimizin keşiyində sədaqətlə xidmət etmək, dövlətçiliyimizə qarşı baş verə biləcək hər bir təxribat, terror, düşmənçilik hərəkətlərini dəf etmək üçün Milli Qvardiyanın indi artıq yüksək səviyyəli qüdrəti, imkanları var.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması işində də ciddi dönüş yarandı. Sərhəd mühafizəsinin incəliklərinə dərindən bələd olan Ulu Öndər sərhəd qoşunları üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1996-cı il dekabrın 16-da Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş tədbirdəki çıxışında sərhədçilərin üzərinə düşən məsuliyyətli və şərəfli vəzifələrdən danışdı.

X X X

Heydər Əliyevin Sərhəd Qoşunlarının yaradılmasının beş illiyinə həsr olunmuş tədbirdəki çıxışından

*Sərhəd hər bir ölkənin müstəqilliyini, suverenliyini təsdiq edən amillərdən biridir. Beynəlxalq hüquq normaları, millətlərarası, dövlətlərarası əlaqələr, hər bir ölkənin suverenliyi, toxunulmazlığı, ərazi bütövlüyü prinsipi - bunların hamısı ölkələrin sərhədləri ilə əlaqədardır. Hər bir ölkənin sərhədinin toxunulmazlığı həm ölkə üçün, həm də beynəlxalq hüquq normaları üçün əsas prinsiplərdən biridir.

*Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir. Buna görə də hər bir vətəndaş Azərbaycanın müstəqilliyi haqqında, öz müstəqil dövləti haqqında, müstəqil ölkəsi haqqında danışarkən sərhəd məfhumu, sərhəd anlayışı birinci sıralarda durur.

*Xalqımız, dövlətimiz sizə şərəfli iş tapşırıb. Sizin üzərinizə şərəfli vəzifə qoyulub. Eyni zamanda, sizin üzərinizə çox böyük məsuliyyət qoyulub. Mən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz vəzifəsinin nə qədər şərəfli olduğunu və üzərinə düşən bu vəzifənin nə qədər məsuliyyətli olduğunu dərk edir.

*İndiyə qədər əldə olunan təcrübə və nailiyyətlər bundan sonra Azərbaycanın Sərhəd Qoşunlarının güclənməsi, möhkəmlənməsi, təşkilatlanması üçün əsasdır. Ancaq qarşıda görüləsi işlər çoxdur. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, respublikamızın Sərhəd Qoşunlarının tərkibində xidmət edən zabitlər, əsgərlər, bütün şəxsi heyət - bunların hamısı Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin etmək üçün nə qədər böyük məsuliyyət daşıdıqlarını daim düşünməli, bu məsuliyyətin qarşısında cavabdehliyi daim bilməlidirlər.

*Bizim hər bir vətəndaşımızdan yüksək mənəviyyat tələb olunur. Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Bunu qiymətləndirmək, qorumaq, möhkəmləndirmək, gücləndirmək lazımdır. Bunun üçün əsas şərtlərdən biri insanlarda yüksək mənəvi keyfiyyətləri tərbiyə etmək, inkişaf etdirmək, insanlarımızda, cəmiyyətimizdə yüksək mənəviyyatı təmin etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər