Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin noyabrı

Bakı, 27 yanvar, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

3 noyabr - Prezident Heydər Əliyev Finlandiyanın xarici işlər naziri ilə görüşdü.

6 noyabr - Bakıda keçirilən Türk Dünyası Yazıçılarının III qurultayı və TÜRKSOY-un VIII toplantısında nitq söylədi.

8 noyabr - Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr olunan tədbirdə çıxış etdi.

UNESCO-nun Baş direktorunu qəbul etdi.

13 noyabr - ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi müşaviri ilə görüşdü.

14 noyabr - Almaniya XİN-in Cənubi, Orta Avropa və MDB məsələləri üzrə siyasi direktoru ilə danışıqlar apardı.

19 noyabr - ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul etdi.

25 noyabr - İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşdü.

27 noyabr - Nazirlər Kabinetinin geniş iclasında nitq söylədi.

Cənubi Koreyanın “DEU” korporasiyasının prezidentini qəbul etdi.

30 noyabr - ATƏT-in sammitində iştirak etmək üçün Lissabona yola düşdü.

X X X

Türk dövlətlərinin birlik və həmrəyliyini vacib hesab edən Heydər Əliyev Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) gələcəyinə, təşkilatın fəaliyyətinin səmərə verəcəyinə inanırdı. 1996-cı il noyabrın 6-da TÜRKSOY-un Bakıda keçirilən VIII toplantısında çıxışı zamanı söylədiyi fikirlər bu günümüzlə də həmahəng səslənir. Çıxışında türkdilli dövlətlər üçün yeni dövrün başlandığını qeyd edən Ulu Öndər əlaqələrin genişləndirilməsində mədəniyyətin rolunu xüsusi vurğuladı, eyni gündə iki mühüm hadisənin -Türk Dünyası Yazıçılarının III qurultayı və TÜRKSOY-un VIII toplantısının keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrindən danışaraq, türk dövlətlərinin müstəqillik əldə etməsinin birliyə vəsilə olduğunu qeyd etdi. Daşkənd Bəyannaməsinə istinad edərək dedi ki, türkdilli xalqların tarixi, mədəniyyəti ilə bağlı mühüm hadisələrin, korifeylərin yubiley mərasimlərinin birlikdə keçirilməsi vacibdir. Əsas məqsəd isə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdir.

Sitat: “Türkdilli dövlət başçılarının görüşlərinin əsas məqsədi iqtisadi əməkdaşlığı inkişaf etdirməkdən, ölkələrimiz arasında olan bütün başqa əlaqələri genişləndirməkdən ibarətdir. Biz bəyan edirik ki, bizim bu görüşlərimiz siyasi xarakter daşımır. Eləcə də TÜRKSOY təşkilatı siyasi xarakter daşımır. Eyni zamanda, biz ölkələrimizin həyatı ilə əlaqədar olan ictimai-siyasi məsələlərə də biganə qala bilmirik. Ancaq bir daha deyirəm, bizim fəaliyyətimizin əsas istiqaməti iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir. Bu baxımdan bizim üçün, yəni dövlət başçıları üçün TÜRKSOY təşkilatının fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. Daşkənd Bəyannaməsində öz əksini tapmış qərarların əksəriyyəti elmə, mədəniyyətə, təhsilə aiddir...

TÜRKSOY bu işi görür və indiyə qədər, qısa müddətdə - üç il ərzində toplanmış təcrübə sübut edir ki, bu təşkilat bundan sonra da çox səmərəli fəaliyyət göstərə bilər və ölkələrimiz, xalqlarımız üçün daha çox iş görə bilər. Bu da ondan ibarətdir ki, xalqlarımızın əlaqələrini bir-biri ilə daha da sıx bağlasın. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir”.

Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın inkişaf yolu islahatlardan keçir. İqtisadi sahəni yeniləşdirmədən, köhnə üsul-idarədən xilas olmadan iqtisadiyyatı dirçəltmək və əhalinin sosial rifah halını yaxşılaşdırmaq mümkünsüzdür. Ümummilli Lider bazar iqtisadiyyatına keçid mərhələsində mövcud nöqsan və problemlərin mümkün qədər qısa müddətdə aradan qaldırılmasına çalışırdı. Onun səyləri nəticəsində 1996-cı ilin iyulunda keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycan “Torpaq haqqında” qanun qəbul etdi. Bu cəsarətli addım hətta bütün dünyada əks-səda doğurdu.

1996-cı il noyabrın 27-də Nazirlər Kabinetinin geniş iclasında Heydər Əliyev islahatların gedişini hərtərəfli təhlil edərək gələcək istiqamətləri müəyyənləşdirdi. Əldə olunmuş təcrübəyə əsaslanaraq bir daha vurğuladı ki, özəlləşdirmə, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı ölkənin inkişafına təkan verəcək. Bu baxımdan Nazirlər Kabineti öz işini köklü surətdə yaxşılaşdırmalı, fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmalıdır.

Sitat: “Son üç ilin təcrübəsi onu göstərir ki, Nazirlər Kabinetinin işi yaxşı qurulsa, biz iqtisadiyyatda çox şeylər əldə edə bilərik. Əgər biz bütün obyektiv səbəblərlə yanaşı, iqtisadiyyatda bir çox məsələləri həll edə, vəzifələri yerinə yetirə bilməmişiksə və bəzi nöqsanları, gerilikləri aradan qaldıra bilməmişiksə, bunun əsas səbəblərindən biri də Nazirlər Kabinetinin işində olan zəiflik, buraxılan qüsurlar və xüsusən Nazirlər Kabinetinin rəhbərliyinin işi indiyədək lazımi səviyyədə təşkil edə bilməməsidir.

Azərbaycanın düzgün yolda olduğuna əminliyini bildirən Heydər Əliyev dedi ki, bu yol iqtisadi islahatları ardıcıl surətdə həyata keçirmək, özəlləşdirməni sürətləndirməkdir: “Bilirsiniz, ilin əvvəlində bəziləri qışqırırdılar: özəlləşdirmə aparılmasa biz batacağıq. Şübhəsiz ki, özəlləşdirmə iqtisadi islahatların böyük bir hissəsidir. Ancaq bəzi adamlar belə hesab edirlər ki, biz elə özəlləşdirmə aparmaqla bütün iqtisadiyyat sahəsində hər şeyi əldə edəcəyik. Bu, yanlış bir fikirdir”.

Heydər Əliyevin xüsusi önəm verdiyi məsələlərdən biri də milli mədəniyyətimizin təbliği, korifeylərin yubileylərinin təkcə ölkə daxilində deyil, həmçinin xaricdə qeyd olunması idi. 1996-cı il noyabrın 8-də Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdə söylədiyi fikirlər Ümummilli Liderin Azərbaycan mədəniyyətinə necə böyük dəyər verdiyi, mədəni irsimizin təbliği istiqamətində görülən işlər haqqında aydın təsəvvür yaradır. Ulu Öndər çıxışında Füzulinin yubileyinin dünyanın bir çox ölkələrində qeyd edilməsinin, həmçinin UNESCO-nun Baş direktoru Federiko Mayorun yubiley tədbirində iştirakını mühüm hadisə adlandırdı.

X X X

Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdəki nitqindən

*Məhəmməd Füzuli Azərbaycan xalqının böyük şairi, alimi, filosofu olaraq, eyni zamanda bütün türkdilli, türksoylu xalqlara, bütün türk, İslam dünyasına mənsubdur. Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri, onun irsi dünya mədəniyyətinə böyük töhfələr verib, dünya mədəniyyətini zənginləşdirib. Məhəmməd Füzuli 40 illik yaradıcılıq dövründə 500 il daim yaşayan böyük əsərlər yaradıb. O, Azərbaycan şerinin, Şərq şerinin ən yüksək zirvəsinə çatmışdır və onun yaratdığı şerlər, onun poeziyası, poemaları, qəzəlləri, qəsidələri, rübailəri 500 ildir insanlara böyük mənəvi ruh verir.

*Məhəmməd Füzulinin əsərlərində insanların sevgisi, məhəbbəti, eşqi, insanın insana münasibəti, sədaqəti, etibarlığı vəsf, tərənnüm edilib. Məhəmməd Füzuli bütün əsərlərində insanları sədaqətə, etibarlılığa, ataya-anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə dəvət edib - bunların hamısı 500 il bundan əvvəl olduğu kimi, bu gün də insanlar üçün ən vacib, lazım olan yüksək mənəvi keyfiyyətlərdir. Məhəmməd Füzuli öz dövrünün həyatını əks etdirərək, öz mühitindən qida alaraq yaratdığı əsərləri uzaq gələcəyə istiqamətləndirib. Ona görə də Füzulinin əsərləri 500 ildir ki, yaşayır və bundan sonra da yüz illərlə, min illərlə yaşayacaq.

*Məhəmməd Füzuli o dövrdə hakim olan ərəb və fars dillərində yazıb. Ancaq bizim üçün ən əhəmiyyətli cəhət bundan ibarətdir ki, Məhəmməd Füzuli əsərlərinin çox hissəsini türk dilində, bugünkü Azərbaycan dilində yazıb. Bu, Məhəmməd Füzulini ondan əvvəl və sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amildir.

*Məhəmməd Füzulinin əsərlərindən irəli gələn ideyalar xalqımızın, digər türkdilli xalqların, İslam dünyasına mənsub xalqların mədəniyyətində, ədəbiyyatında yeni-yeni böyük əsərlərin yaranmasına səbəb olub.

*Məhəmməd Füzuli yaradıcılığı xalqımızın milli azadlıq uğrunda mübarizəsində, yeni dövlət quruculuğu prosesində, ölkəmizdə demokratik, hüquqi dövlət qurulması prosesində bizə kömək edən ən böyük amillərdən biridir. Biz fəxr edirik ki, xalqımız belə qədim, zəngin mədəniyyətə malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO