Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin oktyabrı

Bakı, 25 yanvar, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

4 oktyabr - Prezident Heydər Əliyev Xalq yazıçısı İlyas Əfəndiyevin dəfn mərasimində iştirak etdi.

7 oktyabr - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən tədbirdə nitq söylədi.

10 oktyabr - “Əsrin müqaviləsi”nin icrası ilə bağlı müşavirədə çıxış etdi.

15 oktyabr -“RAMCO”, “TOTAL” və “MOBİL” neft şirkətlərinin rəhbərləri ilə görüşdü.

16 oktyabr - Qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş beynəlxalq konfransda nitq söylədi.

Milli Məclisin iclasında iştirak etdi.

18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə xalqa müraciət etdi.

19 oktyabr - Yerli və xarici media nümayəndələri ilə görüşdü.

21-22 oktyabr - Türkdilli ölkələrin dövlət başçılarının IV Zirvə görüşündə və Əmir Teymurun 660 illik yubileyi mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə oldu. Səfər çərçivəsində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentləri ilə danışıqlar apardı.

24 oktyabr - Beynəlxalq Valyuta Fondunun Avropa ölkələri üzrə nümayəndə heyətini qəbul etdi.

25 -27 oktyabr - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Moskvada keçirilən VIII Zirvə toplantısında iştirak etdi. Səfər zamanı Gürcüstan Prezidenti və Rusiyanın dövlət rəhbərləri ilə görüşdü.

29-31 oktyabr - Naxçıvanda səfərdə oldu. Hüseyn Cavidin məqbərəsinin açılışını etdi, Naxçıvan qarnizonunun və sərhəd dəstəsinin əsgər və zabitləri, həmçinin Naxçıvan Ali Məclisinin deputatları ilə görüşdü.

X X X

Ulu Öndər ordu quruculuğunu daim diqqətdə saxlayır, nitq və çıxışlarında ordu hissələrində nizam-intizamın möhkəmləndirilməsinin, hərbçilərin yüksək döyüş və vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulayırdı. 1996-cı il oktyabrın 7-də Azərbaycan Silahlı Qüvvələrinin beşinci ildönümü münasibətilə keçirilən tədbirdə bu məsələlərə bir daha toxunan Heydər Əliyev Milli Ordunun yaranmasını müstəqil Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi dəyərləndirdi, həmçinin vaxtilə yol verilmiş səhvlərdən, qarşıda duran vəzifələrdən danışdı. Xalqla ordunun birliyinin əhəmiyyətini qeyd edərək, müstəqilliyimizin dayağı olan Milli Ordunun bundan sonra daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.

Sitat: “Mən əminəm ki, xalqımızın çoxəsrlik tarixinə həkk olunmuş qəhrəmanlıq, rəşadət ənənələri əsasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, torpaqlarımızın müdafiəsi uğrunda nümayiş etdirilmiş qəhrəmanlıq ənənələri əsasında Milli Ordumuz günü-gündən möhkəmlənəcək, güclənəcək, qüdrətlənəcək və Vətənimizin müstəqilliyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə qadir olacaqdır. Ordu quruculuğunda böyük səhvlər buraxılıbdır. Eyni zamanda, biz bu gün iftixar hissi ilə deyə bilərik ki, böyük nailiyyətlərimiz də var. Bir daha qeyd edirəm, nailiyyətlərimiz ondan ibarətdir ki, Azərbaycan Ordusu artıq formalaşıb, qurulub və dövlətçiliyimizi, dövlətimizin torpaqlarını, ərazisini, müstəqilliyini qorumağa qadirdir…

Azərbaycanın Silahlı Qüvvələri, Milli Ordumuz bundan sonra da qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəkdir. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşə, vuruşa daim hazır olacaqdır. Mən əminəm ki, bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə hazırdır”.

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Müqavilənin həyata keçirilməsi üçün yaradılmış Beynəlxalq Əməliyyat Şirkətinin iki illik fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Heydər Əliyev ötən müddət ərzində təşkilatın işini qənaətbəxş hesab etməklə yanaşı, Qərb marşrutu ilə neft kəmərlərinin çəkilməsində gecikmələrə də diqqət çəkdi. Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti qarşısında duran təxirəsalınmaz vəzifələrdən danışdı. Əmin olduğunu bildirdi ki, müqavilə uğurla həyata keçiriləcək, iqtisadiyyatın inkişafına və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına töhfə verəcək.

Sitat: “Müqavilə 30 il üçün nəzərdə tutulub. Biz 30 il bir yerdə olacağıq. Buna heç kəsin şübhəsi olmasın. Keçən iki il onu göstərdi ki, işlər çox uğurla gedir. Demək, get-gedə bizim işlərimiz genişlənəcəkdir. Amma mən hesab edirəm ki, 30 il birinci müqavilənin vaxtıdır. Biz 30 ildən sonrakı on illərdə də bir yerdə olacağıq…

İyirmi yeddi il əvvəl deyilmiş bu fikirlər Ulu Öndərin uzaqgörənliyinə daha bir nümunədir. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində 30-dan artıq neft sazişi imzalanıb. Bu uğurların davamı kimi 2017-ci il sentyabrın 14-də “Yeni Əsrin müqaviləsi” imzalandı və neft müqavilələrinin müddəti 2050-ci ilə qədər uzadıldı.

Heydər Əliyev hələ 1990-cı illərdə türk dövlətlərinin birlik və həmrəyliyi barədə düşünürdü. Bu baxımdan 1996-cı il oktyabrın 21-də Özbəkistanda keçirilən Türkdilli dövlətlərin başçılarının IV Zirvə görüşündə səsləndirdiyi fikirlər diqqəti cəlb edir və bu gün də aktuallığını saxlayır.

Ulu Öndər çıxışında vurğuladı ki, türkdilli dövlətlər bir-birinə tarixi keçmişi və ənənələri ilə bağlıdır. Müasir dövrümüzdə bu birliyə daha çox ehtiyac duyulduğunu qeyd edən Heydər Əliyev ötən müddət ərzində imzalanmış dövlətlərarası sazişlərin əhəmiyyətindən danışdı. Türkdilli dövlətlərin birgə səylərinin milli mədəniyyətlərimizin və mənəvi irsimizin inkişafına töhfə verəcəyini vurğulayaraq, “Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi minillik tarixə malik eposları ümumi mədəni sərvətimiz adlandırdı.

Zirvə görüşündə Ermənistanın Azərbaycana hərbi təcavüzünü və onun acı nəticələrini diqqətə çatdıran Heydər Əliyev türkdilli dövlətlərin başçılarını əməkdaşlığı daha da dərinləşdirməyə, regionda sülh və sabitliyin təmin olunmasında səyləri daha da artırmağa səslədi.

Bu gün Ulu Öndərin türk dövlətlərinin birliyi ilə bağlı arzuları həyata keçməkdədir. Azərbaycanın fəal iştirak etdiyi, öncüllük göstərdiyi Türk Dövlətləri Təşkilatı nüfuzlu beynəlxalq quruma çevrilib. Bu təşkilatda təmsil olunan Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında əməkdaşlıq yüksək səviyyəyə çatıb, bir sıra tarixi layihələrə start verilib.

X X X

Heydər Əliyevin Türkdilli dövlətlərin başçılarının IV Zirvə görüşündəki nitqindən

*Ölkələrimizin dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik hüquqi dövlət yaradılması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi keçdiyimiz yolun real yekunlarıdır. Məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir. Bizim xalqlarımızın ümumi tarixi, mədəni kökləri və ənənələri, eyni dilə və dinə mənsub olmağımız bizi daha da birləşdirir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Ankarada keçirilmiş birinci görüşümüzdən sonrakı dövr ərzində türkdilli dövlətlərin ikitərəfli münasibətləri daha da inkişaf edib, aramızda yüksək səviyyədə çoxlu səfərlər, beynəlxalq məclislərdə görüşlər və danışıqlar olub. Türkdilli dövlətlərin başçıları arasında sıx şəxsi ünsiyyət, mehriban, etibarlı münasibətlər yaranıb.

*Ölkələrimizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi, çox zəngin təbii sərvətləri, xalqlarımızın yüksək intellekti və əməksevərliyi, müstəqillik və suverenlik, həyata keçirdiyimiz demokratik bazar islahatları regionumuzu dünyanın ən inkişaf etmiş və çiçəklənən regionlarından birinə çevirməyə imkan verir.

*Bu gün cəsarətlə demək olar ki, əməkdaşlığımız öz bəhrəsini verməyə başlayır. Biz kommunikasiya sistemlərinin tikintisinə dair layihələri əməli surətdə həyata keçirməyə başlamışıq. Bu sistemlər ölkələrimizi bir-birinə sıx bağlayacaq, qarşımızda Avropaya, Asiyaya, Yaxın və Orta Şərqə, bütün dünyaya yollar açacaqdır. Avropa İttifaqının iştirakı ilə həyata keçirilən, vaxtilə Avropanı Asiya ilə bağlamış məşhur İpək yolunun mücəssəməsi olan TRASEKA layihəsi məhz belə layihədir.

*Dahi mütəfəkkirlərimizin yaradıcılığı, “Dədə Qorqud”, “Manas”, “Alpamış” kimi minillik tarixə malik eposlarımız bizim ümumi mədəni sərvətimizdir, xalqlarımızın yüksək mənəviyyatının və əxlaqının təməlidir, bizi xeyirxahlıq və humanizm ruhunda yetişdirmiş ümumi qaynaqlardır.

*Bizim Daşkənd görüşümüz özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyi ilə bir vaxta düşür. Onun xatirəsinə həsr olunmuş yubiley mərasimlərində müstəqil türkdilli dövlətlərin prezidentlərinin iştirakı əlamətdar tarixi hadisədir, ümumi səcdəgahlarımıza dərin hörmətin ifadəsidir, getdikcə möhkəmlənən birliyimizin sübutudur.

*Dünyada təhlükə heç də azalmamışdır. Separatçılıq, davakar millətçilik və beynəlxalq terrorizm təzahürləri, mövcud dövlət sərhədlərinin dəyişdirilməsi niyyəti ilə zor işlətmək cəhdləri beynəlxalq sabitlik üçün bilavasitə və real təhlükədir və bu təhlükə bizim regionda da mövcuddur. Ona görə də beynəlxalq hüquq normalarını, ərazi bütövlüyü prinsiplərini, ölkələrimizin beynəlxalq aləmdə tanınmış sərhədlərinin və suverenliyinin pozulmazlığını əlbir səylərlə qətiyyətlə müdafiə etməli, bu normalara və prinsiplərə ciddi əməl olunmasına çalışmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir