Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin sentyabrı

Bakı, 24 yanvar, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 sentyabr - Prezident Heydər Əliyev Bakının Nərimanov rayonundakı 73 saylı orta məktəbin açılışında iştirak etdi.

7 sentyabr - Füzuli, Cəbrayıl və Qubadlı rayonlarından olan ictimaiyyət nümayəndələri ilə görüşdü.

10 sentyabr - Akademik Yusif Məmmədəliyevin 90 illik yubiley mərasimində çıxış etdi.

11 sentyabr - Milli Məclisin növbədənkənar sessiyasında nitq söylədi.

12 sentyabr - Almaniyanın “Daymler-Bent” konserninin nümayəndə heyəti ilə görüşdü.

Bakıda “İmproşop” ticarət mərkəzinin açılışında iştirak etdi.

16 sentyabr - Bakıda səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşdü. Onunla birgə Şəhidlər xiyabanını ziyarət etdi, həmçinin bir qrup qaçqın və məcburi köçkünlə söhbət etdi.

18 sentyabr - Bəstəkar Müslüm Maqomayevin 110 illiyinə həsr olunmuş yubiley tədbirində çıxış etdi.

20 sentyabr - İslam İnkişaf Bankının prezidentini qəbul etdi.

21 sentyabr - “Torpaq islahatı haqqında” qanunun icrası ilə bağlı müşavirə keçirdi.

25 sentyabr - Norveçin energetika və sənaye naziri ilə görüşdü.

30 sentyabr - Çin Xalq Respublikasının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdi.

X X X

Heydər Əliyev elm və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, alimlərimizin, sənət adamlarının əməyini yüksək qiymətləndirirdi. Xalq, vətən qarşısında xidmətləri olan görkəmli elm və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını almışdı.

1996-cı il sentyabrın 10-da akademik Yusif Məmmədəliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən Ulu Öndər vurğuladı ki, xalq məhz belə insanlarla tanınır. Böyük alim, görkəmli ictimai-siyasi xadim Yusif Məmmədəliyevin xidmətlərini yüksək qiymətləndirən Heydər Əliyev onun ixtiralarının Azərbaycan elminin inkişafına böyük töhfələr verdiyini, ölkənin neft kimyası sənayesində inqilab yaratdığını bildirdi.

Sitat: “O, sözün əsl mənasında ziyalı idi. Onun Azərbaycan elminə verdiyi xidmətlər unudulmur... Yusif Məmmədəliyevin elmi əsərləri, ixtiraları, qoyduğu elmi iz və yaratdığı elmi-texniki müəssisələr Azərbaycanda sonrakı dövrdə neft kimyası elminin və xüsusən neft kimyası sənayesinin inkişafında əvəzsiz rol oynayıb”.

Bu qəbildən olan yubiley tədbirləri adətən, həmin sahənin adamları ilə görüşlər və səmimi söhbətlərlə müşayiət olunurdu. 1996-cı il sentyabrın 16-da Müslüm Maqomayevin anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbirindən sonra da sənət adamları ilə görüşən Ümummilli Lider öz fikirlərini və təəssüratlarını bölüşdü. Xalqımızın indiki ağır şəraitdə, müharibə dövründə də mədəniyyət sahəsini unutmadığını diqqətə çatdırdı.

Ulu Öndər mədəniyyət korifeylərinin yaradıcılığına dərindən bələd idi. Söhbət əsnasında Müslüm Maqomayevin “Şah İsmayıl" operası üzərində xüsusi dayandı. Vurğuladı ki, Şah İsmayılın adı Azərbaycanın qədim dövlətçiliyi ilə bağlıdır. Bu baxımdan “Şah İsmayıl" operasının böyük tarixi, siyasi əhəmiyyəti var.

Dahi musiqiçinin nəvəsi Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi "Azərbaycan" mahnısından da danışan Heydər Əliyev bu mahnının onu çox təsirləndirdiyini bildirdi.

Sitat: “Mən ümumiyyətlə, hissiyyatlı adamam, musiqi, mahnılar məni həmişə həyəcanlandırır. Lakin o zaman ki, bu mahnını ifa edirlər, mən özümü xoşbəxt sanıram. Vaxtilə Müslüm Maqomayev bu mahnının mənə ithaf olunduğunu demişdi. Lakin mən bununla razılaşmamışdım, indi isə qəbul edirəm. Mən bu mahnını sevirəm, o, məni çox həyəcanlandırır, çünki mahnıda deyilir ki, Azərbaycan həyatımın mənasıdır. Azərbaycan həqiqətən də mənim həyatımın mənasıdır”.

Doğma vətənimizi vəsf edən bu möhtəşəm mahnı Heydər Əliyevin 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda yaranıb. Ulu Öndər həmin dövrdə respublikamızı tanıtmaq, Azərbaycan incəsənətini təbliğ etmək üçün mümkün olan hər şeyi edirdi.

X X X

Bu gün Azərbaycanla dünyanın ən böyük və qüdrətli ölkələrindən biri olan Çin arasında sıx əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin əsası 1990-cı illərdə Ulu Öndər tərəfindən qoyulub. Hakimiyyətə qayıdışından sonra onun ilk səfər etdiyi ölkələrdən biri məhz Çin Xalq Respublikası (ÇXR) olub.

1996-cı il sentyabrın 30-da Heydər Əliyev ÇXR-in 47-ci ildönümü münasibətilə Bakıda təşkil olunan tədbirdə şəxsən iştirak etdi. Çıxışında Çinin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyətini vurğuladı. Ərazi bütövlüyü məsələsində Çinin Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və ölkələrimiz arasında münasibətlərin daha da dərinləşəcəyinə əminliyini ifadə etdi.

Sitat: “Biz münasibətlərimizi bundan sonra da möhkəmlədəcək və inkişaf etdirəcəyik. Biz qəti əminik ki, böyük imkanlar var və onlardan əməkdaşlığımızın inkişaf etməsi və genişlənməsi üçün istifadə etmək olar. Bizim üçün çox əhəmiyyətlidir ki, Çin dövlətlərarası münasibətlərin beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərini, o cümlədən bir-birinin işlərinə qarışmamaq prinsipini, ərazi bütövlüyü prinsipini, dövlət suverenliyi prinsipini daim bəyan edir. Çinlə əməkdaşlığımız, Çinlə münasibətlərimiz bu prinsiplərin sarsılmazlığına əsaslanır…

Çin həm müstəqil daxili, həm də müstəqil xarici siyasət yeridir. Müstəqil bir dövlət kimi Azərbaycan məhz belə bir mövqedə durur ki, hər bir xalq, hər bir dövlət öz məsələlərini başqa dövlətlərdən asılı olmayaraq, müstəqil surətdə həll etsin və xalqın özünün, dövlətin özünün müəyyənləşdirdiyi yolla getsin”.

Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan-Çin münasibətləri daha da dərinləşib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz “Bir kəmər, bir yol” təşəbbüsündə yaxından iştirak edir. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir