Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin mayı

Bakı, 15 fevral, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

x x x

1 may - Prezident Heydər Əliyev Mstislav Rostropoviçin 70 illik yubileyi şənliklərinə xarici ölkələrdən gələn kütləvi informasiya vasitələrinə müsahibə verdi.

Avropa Şurası Parlament Assambleyasının sədri Leni Fişeri qəbul etdi.

2 may - Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdü.

Görkəmli musiqiçi Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak etdi.

4 may - BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) prezidenti Fəuzi Həmd əl-Sultan ilə görüşdü, İFAD ilə Azərbaycan hökuməti arasında sazişin imzalanmasında iştirak etdi.

5-8 may - Türkiyə Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Ankarada rəsmi səfərdə oldu.

9 may - İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə keçirilən mərasimdə nitq söylədi.

Avropa İnsan Hüquqları Məhkəməsi sədrinin müavini Rudolf Bernardın başçılıq etdiyi Avropa Şurasının nümayəndə heyətini qəbul etdi.

10 may - Bakının Nizami rayonunda salınan yeni parkın açılışında iştirak etdi.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi, Ukraynanın dövlət naziri Anatoli Minçenkonu ayrı-ayrılıqda qəbul etdi.

13-14 may - İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan dövlət başçılarının Zirvə toplantısında iştirak etmək üçün Aşqabadda səfərdə oldu.

16 may - Respublika Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasını keçirdi.

Rusiya, Ukrayna və Belarusdan olan bir qrup alimlə görüşdü.

17 may - Səfir Henri Klark başda olmaqla ABŞ hərbi kollecinin nümayəndə heyətini qəbul etdi.

19 may - “Tengizşevroyl” şirkətinin baş direktoru Nik Zananı qəbul etdi.

20 may - Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvili ilə görüşdü, Gürcüstanın Dövlət müstəqilliyi günü münasibətilə rəsmi qəbulda çıxış etdi.

27 may - Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqda nitq söylədi.

30 may - ABŞ senatoru Sem Braunbəkin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

x x x

Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Heydər Əliyev mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Gərgin iş qrafikinə baxmayaraq, bu sahə ilə bağlı tədbirlərdə mütəmadi iştirak edir, mədəniyyət və incəsənət xadimləri ilə görüşürdü. Onu bir çox görkəmli mədəniyyət xadimləri ilə sıx dostluq telləri bağlayırdı. Onlardan biri də əslən bakılı olan virtouz violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç idi.

1997-ci il mayın 1-də Bakıda Rostropoviçin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Xarici ölkələrdən gələn KİV nümayəndələrinə müsahibəsində Prezident Heydər Əliyev onun musiqi mədəniyyətinin inkişafında xidmətlərindən danışdı, beynəlxalq aləmdə böyük şöhrətə, nüfuza malik olduğunu vurğuladı.

Sitat: Hər şeydən əvvəl, biz həmyerlimiz kimi, musiqi sənətinin, bütün mədəniyyətin inkişafında, ümumbəşəri dəyərlərin bərqərar edilməsində, ictimai-siyasi fəaliyyətdə çox böyük xidmətləri olan bir insan kimi Mstislav Rostropoviçin şəxsiyyətinə yüksək hörmət bəsləyirik. Şəxsiyyət azadlığının müdafiəsi ilə, totalitarizmə qarşı etirazla, demokratiyanın, siyasi plüralizmin, söz azadlığının bərqərar edilməsi zəruriliyi ilə bağlı onun göstərdiyi səylər, gördüyü işlər məlumdur. Birlikdə götürdükdə bütün bunlar Rostropoviçin şəxsiyyətini səciyyələndirir və buna görə də o, beynəlxalq aləmdə və bizdə belə böyük şöhrətə, nüfuza malikdir. Biz iftixar hissi keçiririk ki, o, Bakıda, valideynlərinin yaşayıb yaratdıqları şəhərdə doğulmuşdur. Onun valideynlərinin Azərbaycanda ali musiqi təhsilinin yaradılmasında, ölkəmizdə musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri var.

Xronologiyadan göründüyü kimi, 1997-ci ilin mayı Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri ilə əlamətdar olub. Ulu Öndər müstəqil Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə qardaş ölkəyə ümumilikdə 2 rəsmi, 3 qeyri-rəsmi, 15 işgüzar səfər etmişdi. 1997-ci il mayın 5-8-də baş tutan səfər zəngin proqramı ilə fərqlənirdi. Səfər çərçivəsində Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl, Baş nazir Nəcməddin Ərbakan, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İsmayıl Haqqı Qaradayı, Milliyyətçi Hərəkat Partiyası sədrinin əvəzi Toğrul Türkeş, Ana Vətən Partiyasının sədri Məsud Yılmaz,

Demokratik Sol Partiyanın sədri Bülənd Ecevit, Bilkənd Universitetinin həkim və alimi Ehsan Doğramacı ilə görüşdü və digər görüşlər keçirdi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Qələmli ilə görüşdükdən sonra millət vəkilləri qarşısında çıxış etdi.

Səfər zamanı, həmçinin Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın dərinləşməsi barədə bəyannamə və digər mühüm sənədlər imzalandı. Azərbaycanın Türkiyədəki səfirliyinin yeni binasının təməli qoyuldu.

Ulu Öndər Ankarada və İzmirdə Azərbaycan diasporunun nümayəndələri, Türkiyənin hərbi və mülki ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə də görüşdü. Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdi, xatirə kitabına ürək sözlərini yazdı. İstanbulda türk iş adamları ilə görüş keçirdi. Heydər Əliyevin çoxsaylı çıxışları, bəyanatları, müsahibələri ilə də yadda qalan bu səfər Azərbaycan-Türkiyə əməkdaşlığında yeni səhifənin başlanğıcı oldu.

Sitat: “Dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir və bu tarixi nailiyyəti qoruyub saxlamağı biz özümüzün ali vəzifəmiz, ən yüksək borcumuz hesab edirik. Türkiyə ilə əlaqələrimiz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İkitərəfli əlaqələrimiz, ümumiyyətlə, məsələlərin müzakirəsində çoxtərəfli əməkdaşlığımız fövqəladə dərəcədə qiymətlidir. Azərbaycan ilə Türkiyə arasında indiyədək bir çox müqavilələr imzalanmışdır. Amma bu gün imzalanan sazişlər də bizim əlaqələrimizin normativ-hüquqi bazasını daha da genişləndirir, gücləndirir. Xüsusən Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında" bəyannamə çox böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yeni bir mərhələyə, səviyyəyə çatdığını göstərir. Ümumiyyətlə, bu görüşlər, danışıqlar, imzalanan sənədlər Türkiyə-Azərbaycan əlaqələri tarixində yeni bir mərhələ, səhifə açır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu imkanlardan bundan sonra da səmərəli istifadə edəcəyik”.

Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları ölkələrimiz arasında münasibətlərin tarixini, bu gününü və perspektivlərini dəqiq ifadə edir. Ötən dövrdə özünün ən yüksək zirvəsinə çatmış dostluq və qardaşlıq əlaqələrimiz bu gün bütün dünyaya nümunə göstərilir. Azərbaycan və Türkiyə xoş gündə də, çətin gündə də bir-birinin yanındadır. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana siyasi-mənəvi dəstəyi, münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsi, eləcə də əsrin fəlakəti adlandırılan Kahramanmaraş zəlzələsi zamanı Azərbaycanın qardaş türk xalqına göstərdiyi hərtərəfli yardım bunun bariz göstəricisidir.

1997-ci ilin mayında Ulu Öndər daha bir önəmli səfər etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan dövlət başçılarının Zirvə toplantısında iştirak etmək üçün Aşqabada səfəri çərçivəsində Türkmənistan, İran, Qazaxıstan, Türkiyə, Pakistan, Özbəkistan Prezidentləri ilə görüşərək danışıqlar apardı. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının V Zirvə görüşündə nitq söylədi, EKO-nun sammitində Aşqabad bəyannaməsini imzaladı.

Həmin il mayın 27-də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli yığıncaq keçirildi. Tədbirdə geniş nitq söyləyən Ulu Öndər Azərbaycanda ilk demokratik respublikanın qurulmasında xidmətləri olan insanların fəaliyyətini, gördükləri işləri yüksək qiymətləndirdi. Eyni zamanda, azərbaycanlıların Ermənistandan - tarixi Azərbaycan torpaqlarından deportasiya olunmasına, etnik təmizləməyə məruz qalmasına toxunaraq dedi ki, biz tarixin müxtəlif mərhələlərində baş verən hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən ədalətsizliklərə qarşı səsimizi yetərincə qaldırmamışıq. Ulu Öndər çıxışında, həmçinin müstəqillik yolunda atılan addımları, milli dövlət quruculuğu istiqamətində qazanılan uğurları və qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı.

X X X

Heydər Əliyevin Respublika Günü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqindən

✔ O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistanın çox gözəl iqlimə - yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub - malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Nə qədər əzab-əziyyət, çətinliklər çəkdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir.

✔ O vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa bir müddətdə Ermənistandan zorla çıxarıldılar.

✔ Hesab edirəm, müstəqillik, Azərbaycanın dövlətçiliyi yolunda əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, indi artıq Azərbaycan ərazisində ictimai-siyasi sabitlik əldə olunub, həmin o cinayətkar dəstələrin, qrupların özbaşınalığına, cəzasız hərəkətlərinə son qoyulubdur. İndi Azərbaycanda əmin-amanlıq, rahatlıq şəraiti yaranıbdır.

✔ 1993-cü ildən sonra Azərbaycanın dünya miqyasında özünə layiq yer tutması üçün çox dəyərli addımlar atmışıq, əhəmiyyətli fəaliyyət göstərmişik, hesab edirəm ki, yaxşı nəticələr əldə edə bilmişik.

✔ Dövlət quruculuğu sahəsində bu illər qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın Milli Ordusunun yaradılması və onun lazımi gücə gətirilməsidir.

✔ Bizim müstəqillik yolu ilə, bazar iqtisadiyyatı yolu ilə getməyimiz dönməzdir, yəni, artıq heç kəsin şübhəsi yoxdur ki, biz bu yolla gedirik və bu yolla da gedəcəyik.

✔ Bizim qarşımızda hələ çox vəzifələr, işlər vardır. Ancaq əldə olunan bu nailiyyətlər bizim gələcək işlərimizin daha da sürətlə həyata keçirilməsi üçün çox yaxşı əsasdır. Artıq bizim insanlarda inam yaranıbdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar