Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin fevralı

Bakı, 15 mart, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 fevral. Prezident Heydər Əliyev Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbirdə nitq söylədi.

3 fevral. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsi haqqında Milli Məclisə müraciət etdi.

4 fevral. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi.

11 fevral. Livanın Baş naziri Rafiq Əl-Həriri ilə görüşdü.

13-14 fevral. Türkiyədə işgüzar səfərdə oldu.

18 fevral. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin ümumrespublika toplantısında çıxış etdi.

23-28 fevral. Yaponiyada ilk rəsmi səfərdə oldu.

X X X

Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti prioritet istiqamətlərdən biri idi. O, Azərbaycan gənclərini müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi görmək istəyirdi. Dahi rəhbər Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbirdə bununla bağlı fikirlərini açıqladı, gənclərin qarşısında duran vəzifələrdən danışdı, onlardan gözləntilərini dilə gətirdi, tövsiyələrini verdi. Qeyd etdi ki, cəmiyyətin ən qiymətli sərvəti olan gənclərimiz müstəqil Azərbaycan Respublikasının inkişafı, yaşaması və əbədi olması üçün var qüvvə ilə çalışmalıdırlar. Gənclər Azərbaycanın çiçəklənən gələcəyidir, XXI əsrdə Azərbaycanın bayrağını məhz onlar daha da yüksəklərə qaldıracaq.

Sitat: “Biz bu gün çalışaraq, çarpışaraq, müstəqil Azərbaycanın qarşısında duran ağır və çətin problemləri həll edərək, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirərək, iqtisadiyyatını inkişaf etdirərək sizə arxalanırıq, sizə güvənirik. Gənclər ölkəmizdə cəmiyyətin əksəriyyətini təşkil edir. Azərbaycanın bu günü və gələcəyi sizin fəaliyyətinizdən, işinizdən, sizin fədakarlığınızdan asılıdır. Məmnuniyyət hissi ilə bildirirəm ki, bu gün Azərbaycanın iftixar ediləsi gəncliyi var. Biz sizinlə fəxr edirik. Sizin varlığınız, bu gününüz və gələcəyiniz bizim qəlbimizdə böyük qürur hissi doğurur. Azərbaycanın dövlət başçısı kimi, mən özümü xoşbəxt hesab edirəm ki, bu gün Azərbaycan xalqının sağlam, gözəl, istedadlı gəncləri var”.

Ulu Öndər Azərbaycanda siyasi rəhbərliyə qayıtdıqdan sonra Türkiyə ilə münasibətlərə xüsusi önəm verirdi. Bu münasibətlərin əsası Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri olarkən qoyulmuşdu. Sonralar dövlət başçılarının, eləcə də yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərləri iki qardaş ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Belə səfərlərdən biri də 1998-ci il fevralın 13-14-də baş tutdu. Ulu Öndər İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətinlə, Baş nazir Məsud Yılmazla görüşdü. Fevralın 14-də İstanbulda Türkiyə Prezidenti Süleyman Dəmirəllə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İsmayıl Haqqı Qaradayı ilə görüşlər keçirdi. Habelə iş adamları ilə görüşərək onları Azərbaycana dəvət etdi. Türkiyəli sahibkarlara müraciətlə dedi ki, Azərbaycanda ictimai-siyasi sabitlik yaranıb və ölkəmizə sərmayə qoymaqdan çəkinməyin.

Sitat: “Azərbaycana yaxınlaşın. Mən o qədər istəyirəm ki, Azərbaycana türk şirkətləri qoy çox gəlsin, bir-biri ilə sağlam rəqabət aparsınlar. Kim daha da yaxşı iş görə bilər - o, iş görmək hüququ alsın. Mən bunların hamısını dəstəkləyəcəyəm”.

“Mən Azərbaycanın Türkiyə ilə dostluğunun, qardaşlığının parlaq gələcəyinə əminəm”, - deyən Ulu Öndərin inamı özünü büsbütün doğruldub. Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədə qərarlaşıb. Təkcə Şuşa Bəyannaməsini qeyd etmək kifayətdir. 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın azad Şuşada imzaladıqları bu tarixi Bəyannamə ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəldi. Azərbaycan və Türkiyə xoş gündə də, çətin gündə də bir-birinin yanındadır.

Xocalı soyqırımı Azərbaycanın müasir tarixinə ən qanlı faciələrdən biri kimi yazılıb. Bu dəhşətli qətliama hüquqi-siyasi qiymət ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını və digər faktları dünya ictimaiyyətinə çatdırmağı mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdu.

Xocalı soyqırımının altıncı ildönümündə xalqa müraciət edən Heydər Əliyev dərin kədər hissi ilə deyirdi: “Erməni silahlı qüvvələri uzun sürən mühasirədən sonra 26 fevral 1992-ci ildə xaricdəki havadarlarının hərbi yardımı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Köməksiz mülki əhali amansızlıqla qətlə yetirildi. Hətta südəmər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara, uşaqlara belə aman verilmədi. Yüzlərlə adam əsir götürülərək dəhşətli işgəncələrə və görünməmiş təhqirlərə məruz qaldı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə tayı-bərabəri olmayan vəhşilik aktı, insanlığa qarşı tarixi bir cinayətdir”.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!”, - deyən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyası iqtisadiyyatın möhkəmlənməsi ilə yanaşı, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmişdi. Doğrudan da, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi artıq regional deyil, qlobal bir məsələyə çevrildi. Ulu Öndər Yaponiyaya etdiyi ilk səfəri zamanı keçirdiyi görüşlər və verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırmaqla yanaşı, həm də Yaponiyanın neft şirkətlərini Yaponiya-Azərbaycan iqtisadi əlaqələrinin həyata keçirilməsində ilk cığır açanlar adlandırırdı.

Ümummilli Liderin bütün xarici səfərlərinin proqramı zəngin idi. Hər bir səfər Azərbaycanın daha böyük coğrafiyada tanınmasına, yeni əməkdaşlıq körpülərinin qurulmasına hesablanırdı. Yaponiyaya səfər də bu baxımdan istisna təşkil etmədi. Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiyanın Baş naziri Ryutaro Haşomoto, imperator Akihito ilə görüşdü. Hökumət üzvləri, parlamentin hər iki palatasının rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə ümumilikdə 48 görüş keçirdi. Səfər çərçivəsində Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında, eləcə də ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında bəyanatlar imzalandı.

Ulu Öndər, həmçinin Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdü, onlara səfərinin məqsədindən, keçirdiyi görüşlərdən də danışdı: “Mən dördüncü gündür ki, Yaponiyadayam. Bu, çox məhsuldar bir səfər olubdur. Mən ötən dörd gündə 41-ci görüşü keçirirəm. Yaponiyada keçirdiyim görüşlər haqqında Baş nazir Haşimotoya dünən siyahı veriblər. O, həmin siyahıya baxıb dəhşətə gəlib ki, bu qədər görüş keçirmək olarmı. Mən bunların hamısını ona görə edirəm ki, həm Azərbaycanı daha da tanıdım, həm də Azərbaycan ilə Yaponiya arasında daha sıx əlaqələr yaradaq”.

Azərbaycan Prezidentinin Yaponiyaya rəsmi səfəri bu ölkənin və dünyanın aparıcı media qurumları tərəfindən diqqətlə izlənilirdi. Prezident Heydər Əliyev səfər müddətində “Asaxi Simbun”, “Nikkey Simbun”, “Sankey Simbun”, “Yomiuri Simbun” qəzetlərinə, “Röyter” agentliyinin Tokio müxbirinə, NHK telekanalına və “Asahi” teleşirkətinə müsahibələr verdi.

Beləliklə, Prezident Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadı, gündoğar ölkədə keçirilən görüşlər və aparılan yüksək səviyyəli danışıqlar ikitərəfli əməldaşlıqda yeni səhifə açdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub