Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin iyulu

Bakı, 3 aprel, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

2 iyul. Prezident Heydər Əliyev Azərbaycan polisinin 80 illik yubileyinə həsr olunmuş tədbirdə nitq söylədi.

4 iyul. ABŞ-nin milli bayramı - İstiqlaliyyət Günü münasibətilə Amerika səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxış etdi.

10 iyul. Prezident sarayında Moskva, Sankt-Peterburq, MDB və Baltikyanı ölkələrin jurnalistlərinə müsahibə verdi.

12 iyul. Bibiheybət Məscid-Ziyarətgah Kompleksinin açılış mərasimində nitq söylədi.

19-24 iyul. Böyük Britaniyada beşgünlük səfərdə oldu.

29 iyul. Küveyt dövlətinin nümayəndə heyətini qəbul etdi.

30 iyul. ABŞ-nin Xəzər və enerji problemləri üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Riçard Morninqstarın və Türkiyənin xarici işlər nazirinin müavini Yaman Başkurtun rəhbərlik etdikləri birgə nümayəndə heyəti ilə görüşdü.

X X X

Prezident Heydər Əliyev daxili işlər orqanlarının qarşısında üç əsas tələb qoymuşdu: intellektual səviyyəni yüksəltmək və peşəkarlığı dünya standartları səviyyəsinə çatdırmaq, ən müasir texnologiyalara yiyələnmək və nəhayət, Vətənə, xalqa və dövlətə sadiq olmaq. Azərbaycanın daxili işlər orqanlarının bu hədəflərə nail olmaq üçün atdığı addımlar polis sistemində yеniləşmənin, modеrnləşmənin, beynəlxalq standartlar səviyyəsinə yüksəlişin əsasını qoydu.

Ümummilli Lider Azərbaycan polisinin 80 illik yubileyinə və Polis Gününə həsr olunmuş tədbirdə qeyd etdi ki, Ermənistanın təcavüzü başlayandan bəri və döyüşlər gedən illərdə Azərbaycan polisi torpaqlarımızın qorunması uğrunda şücaətlə vuruşublar, qəhrəmanlıq nümunələri göstəriblər. Daxili İşlər Nazirliyinin əməkdaşları öz xidməti vəzifələrini həyata keçirərək, Azərbaycan vətəndaşlarının, dövlətin, xalqın mənafeyini qoruyaraq canlarını qurban veriblər. Belə qəhrəmanların xatirəsi heç vaxt unudulmayacaq, onların qəhrəmanlıq nümunələri müstəqil Azərbaycanın polis əməkdaşları üçün həmişə örnək olacaq.

Ulu Öndərin Azərbaycan polisinin yubiley tədbirində söylədiyi bu fikirlər isə təkcə 1990-cı illər üçün deyil, bütün dövrlər üçün aktualdır: “Polis peşəsi ağır, çətin peşədir. Polis peşəsinə öz həyatını sərf edən insan bir çox xüsusi keyfiyyətlərə malik olmalıdır. Polis əməkdaşı birinci növbədə ölkəsinin dövlətinə, konstitusiyasına, qanunlarına tam sadiq olmalıdır. Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik, iradəli, cəsarətli, qorxmaz olmalıdır. Polis əməkdaşı saf mənəviyyata malik olmalıdır. Polis əməkdaşı yalnız və yalnız qanun çərçivəsində fəaliyyət göstərməlidir, qanunun aliliyini daim rəhbər tutmalıdır, qanuna həmişə hörmət etməlidir. Polis əməkdaşı vətəninə, torpağına hədsiz sədaqətli və istənilən vaxt öz vəzifəsini yerinə yetirərək həyatını belə qurban verməyə hazır olmalıdır”.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət-din münasibətləri əsaslı şəkildə yenidən quruldu. Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan ölkəmizdə yeni məscidlər tikilir, mövcud ibadət yerləri abadlaşdırılır və əsaslı təmir edilirdi. 1998-ci il iyulun 12-də Bibiheybət Məscid-Ziyarətgah Kompleksinin açılışı oldu. Mərasimdə nitq söyləyən Ulu Öndər kompleksin açılışını tarixi hadisə adlandıraraq bu münasibətlə Azərbaycan xalqını, İslam aləmini təbrik etdi. Bu müqəddəs yerdə abadlıq işləri aparılmasına və vaxtilə dağıdılmış məscidin bərpa edilməsinə bir neçə il əvvəl başlandığını xatırladaraq dedi: “Xalqımız bu məscidin bərpa edilməsini daim istəyibdir. Xüsusən sovet hakimiyyəti dağılandan, Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən, dinimizə - İslam dininə azadlıq veriləndən sonra insanlarda bu istək, arzu daha da artmışdır. Bu gün bizim üçün böyük tarixi hadisə, böyük xoşbəxtlikdir ki, bu arzularımızı artıq yerinə yetirə bilmişik. Burada, bu müqəddəs yerdə gözəl, bu müqəddəs yerə, islamiyyətə, millətimizə, xalqımıza layiq bir məscid tikib yarada bilmişik. Bu, tarixi hadisədir. Bu bayram günü biz buraya bu məscidin yenidən doğulması, dünyaya gəlməsi münasibətilə toplaşmışıq. Bu, Azərbaycan müsəlmanları, güman edirəm, bütün islam aləmi üçün ikiqat bayramdır. Məhəmməd peyğəmbərin mövlud günü həzrəti Hökümənin, həzrəti imamlarımızın övladlarının, qohumlarının qəbirləri üzərində əzəmətli bir məscidin açılması ikinci bir bayramdır”.

Xronologiyadan göründüyü kimi, 1998-ci ilin iyulunda Azərbaycanın xarici əlaqələrinə güclü impuls verən mühüm səfər reallaşdı. Ulu Öndər qlobal siyasətin müəyyənləşdirilməsində aparıcı rol oynayan, dünyada yüksək nüfuza malik Böyük Britaniyada beşgünlük səfərdə oldu. Səfərin proqramı olduqca zəngin idi: Kraliça II Elizabet, Baş nazir Toni Bleyer, Krallığın beynəlxalq inkişaf üzrə dövlət katibinin müavini Corc Foulks, xarici işlər üzrə dövlət naziri Daq Henderson, müdafiə işləri üzrə dövlət katibi Corc Robertson, ticarət və sənaye üzrə dövlət katibi xanım Marqaret Bekett, enerji üzrə dövlət naziri Con Battl, xarici işlər və birlik işləri üzrə dövlət katibi Robin Kuk və digər rəsmi şəxslərlə görüşlər. Eyni zamanda, Heydər Əliyev səfər çərçivəsində “Shell” şirkətinin icraçı direktoru Fill Vots, “British Petroleum” (BP) şirkətinin prezidenti Con Braun, “Monument Oil and Gas” şirkətinin baş direktoru Tim Eqqar və digər aparıcı kompaniyaların rəhbərləri ilə danışıqlar apardı və ümumilikdə 50-yə yaxın görüş keçirdi, BBC televiziyasına müsahibə verdi.

Ulu Öndər Heydər Əliyev demək olar ki, hər bir görüşündə Azərbaycan həqiqətləri, ölkəmizin qarşılaşdığı çətinliklər, xüsusilə də təcavüzkar Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının qaçqına və məcburi köçkünə çevrilməsi və onların problemləri barədə danışırdı. Böyük Britaniyanı Azərbaycanın müttəfiqi və yaxın dostu adlandıran Prezident Heydər Əliyev Kraliça II Elizabet ilə görüşündə Birləşmiş Krallığın respublikamızda 100-dən çox şirkətinin fəaliyyət göstərdiyini xüsusi vurğulayaraq dedi: “Birləşmiş Krallıq ilə Azərbaycan arasında hələ bu əsrin əvvəllərində sıx əlaqələr olmuşdur. Müstəqil respublikamız Böyük Britaniya kimi nüfuzlu bir dövlətlə müttəfiq olmaqdan, onun simasında özünə yaxın dost tapmaqdan çox məmnundur. Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əlaqələr qurulmuşdur. Biz əminik ki, ölkəmizin haqq işinin müdafiə olunmasında İngiltərə səylərini daha da artıracaqdır”.

Ulu Öndər bütün xarici səfərlərində olduğu kimi, Böyük Britaniyaya səfəri zamanı da Azərbaycan diasporunun üzvləri ilə görüşdü. Onları azərbaycançılıq ruhunu, xüsusən ana dilini qoruyub-saxlamağa səslədi, diasporumuzun qarşısında duran ümdə vəzifələrdən danışdı.

Sitat: Siz bilirsiniz ki, mənim təhsilim, ümumiyyətlə, rus dilində gedibdir. Gənc vaxtımdan bütün həyatım boyu rus dilində oxumuşam, rus dilində işləmişəm. Moskvada böyük vəzifələrdə işləmişəm. Mənim üçün rus dili ana dili kimi bir dildir. Amma mən o dildən nə qədər istifadə etmiş olsam da, Azərbaycan dilini unuda bilmərəm. Azərbaycan dili mənim üçün hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunlar hamısı bir-biri ilə bağlıdır. Ona görə bu beş ildə Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, azərbaycançılıq məsələsidir. Azərbaycançılıq bizim üçün böyük Azərbaycan nöqteyi-nəzərindən çox vacibdir.

Həmin çıxışdan daha bir neçə vacib məqama diqqət yetirmək yerinə düşər:

• Azərbaycan dilini hər yerdə daha da yüksəklərə qaldırmaq hamımızın vəzifəsidir, sizin də vəzifənizdir

• Mən hər dəqiqə Azərbaycanın müstəqilliyini və milliliyini təsdiq edirəm, bunu nümayiş etdirirəm, hər sahədə göstərirəm. Qoy onlar elə bilməsinlər ki, biz keçmişdəki kimi yenə də Rusiyanın müstəmləkəsiyik, rus dilində danışırıq. Yox! Bizim öz dilimiz var və öz dilimizdə danışırıq, dilimiz də çox gözəl, zəngin dildir.

• Vətənlə həmişə sıx əlaqə saxlayın, gəlin-gedin və bilin ki, Azərbaycanın müstəqilliyi etibarlı əllərdədir.

• Biz Azərbaycan bayrağını dünyanın hər yerində qaldırmışıq və bundan sonra da qaldıracağıq. Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Mən bunun üçün çalışmışam, çalışıram və bundan sonra da çalışacağam.

Uzaq Britaniyada 25 il əvvəl söylənilmiş bu fikirlər, göründüyü kimi, bütün dövrlər üçün aktual olaraq qalır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir