Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1999-cu ilin mayı

Bakı, 3 may, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

9 may. Prezident Heydər Əliyev Klivlend şəhərindən televiziya ilə Azərbaycan xalqına müraciət etdi. Müalicəsini başa çatdırdı.

10 may. Heydər Əliyevin ad günü münasibətilə Klivlend klinikasının hotelində tədbir keçirildi.

15 may. Klivlend şəhərində müğənni Yaqub Zurufçu ilə görüşdü.

17 may. Televiziya vasitəsilə xalqa müraciət etdi.

18 may. Klivlend şəhərindən Londona gəldi.

19 may. Türkiyənin Böyük Britaniyadakı səfiri Özdəm Sanberi qəbul etdi. Londondakı iqamətgahında Rusiyanın NTV və ORT telekanallarının suallarını cavablandırdı.

20 may. BBC radiosunun müxbirinə müsahibə verdi.

Londondan Ankaraya gəldi, Çankaya köşkündə Prezident Süleyman Dəmirəl ilə söhbət etdi.

22-31 may. Ankarada və Antalyada bir sıra görüşlər keçirdi, KİV-ə müsahibələr verdi.

28 may. Respublika Günü münasibətilə Antalyadan Azərbaycan xalqına müraciət etdi.

X X X

Prezident Heydər Əliyev ABŞ-da müalicə olunarkən dost ölkələrin liderləri, eləcə də soydaşlarımız onun səhhəti ilə daim maraqlanır, tezliklə şəfa tapmasını arzulayırdılar. Bunu dahi rəhbər mayın 9-da və 17-də Klivlenddən televiziya ilə Azərbaycan xalqa müraciətlərində də dilə gətirərək təşəkkürünü bildirdi: “Bu günlər, mən Vətəndən uzaqda olduğum zaman, müalicə keçərkən Azərbaycanın vətəndaşlarından, dünya ölkələrinin dövlət, hökumət başçılarından, ictimai-siyasi xadimlərindən həddindən çox məktublar almışam, teleqramlar almışam. Bunlar mənə olan qayğının, münasibətin təzahürüdür, sağalıb tezliklə gəlmək arzusu ilə dolu olan məktublar, teleqramlardır. Mən bunlara görə bu günlər mənə yüksək qayğı göstərən və mənimlə həmrəy olan insanlara təşəkkürümü bildirirəm”.

Müalicəsini başa çatdıran Heydər Əliyev mayın 18-də Klivlenddən Londona gəldi.

Dünya mediası görkəmli dövlət xadimi Heydər Əliyevin böyük təcrübəsi, siyasi baxışları ilə yaxından maraqlanırdı. Ulu Öndər Londonda olarkən mayın 19-da Rusiyanın NTV və ORT telekanallarına, mayın 20-də BBC-yə müsahibə verdi. ORT müxbirinin Bakının həm Londonla, həm də Vaşinqtonla xüsusi əlaqələri barədə sualını cavablandıran Prezident Heydər Əliyev Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü bir daha bəyan etdi: “Bilirsiniz, müstəqil dövlət olaraq biz öz siyasətimizi belə elan etmişik: biz dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmək istəyirik. Başa düşürsünüzmü, biz fərq qoymuruq. Bizə öz iqtisadiyyatımızı inkişaf etdirmək lazımdır, xalqımızın həyat səviyyəsini yüksəltmək lazımdır. Bizim iqtisadi potensialımız, təbii ehtiyatlarımız və bir çox digər sərvətlərimiz var. Digər MDB ölkələrində olduğu kimi, biz də indi bütün bunlardan öz gücümüzlə istifadə edə bilmirik. Buna görə də kimlərlə, necə deyərlər, özümüz üçün faydalı, səmərəli əməkdaşlıq edə biliriksə, onlarla da əməkdaşlıq edirik. Biz Amerika Birləşmiş Ştatları ilə, Avropa ölkələri ilə - Böyük Britaniya, Fransa, Almaniya və təbii ki, MDB ölkələri ilə də əməkdaşlıq edirik”.

Rusiyanın kütləvi informasiya vasitələrində bununla bağlı yer alan mülahizələri ədalətsizlik adlandıran Heydər Əliyev, həmçinin vurğuladı ki, Azərbaycanın MDB-yə üzv olması onun dünyadan təcrid edilməsi anlamına gəlmir. İndi təcrid olmaq hamıya ziyandır.

Ümummilli Liderin xarici siyasətində Azərbaycan-Türkiyə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi prioritet təşkil edirdi. Mayın 20-də Londondan Ankaraya gələn Ulu Öndərin keçirdiyi görüşlər bunun daha bir təsdiqidir. Mayın 25-dək Çankaya köşkündə qalan Prezident Heydər Əliyev Türkiyə Prezidenti Süleyman Dəmirəl, Türkiyə Böyük Millət Məclisinin yeni sədri Yıldırım Akbulut, Baş nazir Bülənd Ecevit, Ana Vətən partiyasının sədri Məsud Yılmaz və digər rəsmi şəxslərlə görüşdü, “Nərgiz-TV”nin (indiki NTV) Ankara təmsilçisinə müsahibə verdi. Mayın 23-də Türkiyə Prezidenti ilə bir yerdə jurnalistlər qarşısında çıxış edən Heydər Əliyev iki qardaş ölkə arasında dostluq və qardaşlığın əbədi olduğunu bir daha vurğuladı.

Sitat: Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı xüsusən Azərbaycan müstəqillik qazandıqdan sonra gündən-günə inkişaf edir, möhkəmlənir, güclənir. Bu dostluğu, qardaşlığı heç bir qüvvə sarsıda bilməz. Bizim dostluğumuz, qardaşlığımız əbədidir, sarsılmazdır və belə də olacaqdır. Biz xalqımızı da bu ruhda tərbiyə edirik, bu ruhda yol göstəririk, bu yolu elə açmışıq ki, Azərbaycan xalqının bütün gələcək nəsilləri də bu yolla gedəcəklər. Bizim başqa yolumuz yoxdur və ola da bilməz.

Səhhəti ilə əlaqədar Azərbaycandan kənarda olan Ulu Öndər mayın 28-də Respublika Günü (indiki Müstəqillik Günü) münasibətilə Antalyadan xalqımıza müraciət etdi. Müraciətində xalq cümhuriyyəti qurucularının gördüyü işləri yüksək qiymətləndirən Heydər Əliyev hazırda dövlət müstəqilliyinin gündən-günə möhkəmləndiyini, inkişaf etdiyini və dönməz xarakter aldığını, Azərbaycanın dünya birliyində layiqli yer tutduğunu vurğuladı.

X X X

Ulu Öndər Heydər Əliyevin 28 May - Respublika Günü münasibətilə xalqa müraciətindən

• 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.

• Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənir, inkişaf edir və dönməz olmuşdur. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Biz ötən illərdə müstəqil Azərbaycanın bütün sahələrdə inkişaf etməsi üçün xeyli işlər görmüşük və böyük nailiyyətlər əldə etmişik.

• Azərbaycan müstəqil dövlət olaraq uğurlu xarici siyasət aparır və biz dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurur və inkişaf etdiririk. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu əlaqələr də öz bəhrəsini verir. Azərbaycan artıq dünya birliyində öz yerini tutubdur.

• Azərbaycanın xarici ölkələrlə əlaqələrində Türkiyə xüsusi yer tutur. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə-Azərbaycan əlaqələri ilbəil inkişaf edir və indi çox yüksək zirvəyə qalxmışdır. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Türk xalqı ilə Azərbaycan xalqı arasında qədim tarixi əlaqələr, dostluq əlaqələri bir kökdən olan xalqların əlaqələridir. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra bu əlaqələr sürətlə inkişaf edir.

• Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur. Azərbaycanın əsgərləri, zabitləri cəbhədədirlər, onlar ermənilərlə üz-üzə durublar, Azərbaycanın torpaqlarını qoruyurlar, Azərbaycanın dövlətçiliyinin keşiyindədirlər. Mən onlara - səngərlərə, cəbhəyə, Azərbaycan əsgərlərinə, Azərbaycan zabitlərinə, milli ordunun bütün şəxsi heyətinə xüsusi bayram salamı göndərirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir