Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2000-ci ilin iyunu

Bakı, 13 iyun, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 iyun. Prezident Heydər Əliyev ATƏT-in Parlament Assambleyasının Prezidenti xanım Helle Daynın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

3 iyun. “Azərneftyağ” istehsalat birliyinin işçiləri üçün Bakının Xətai rayonunda tikilmiş yeni yaşayış binalarının istifadəyə verilməsi mərasimində nitq söylədi.

Yeni Əhmədli qəsəbəsində salınmış parkda sakinlərlə görüşdü.

6 iyun. “Xəzərneftqaz - 2000” VII beynəlxalq sərgisi və konfransının açılışı mərasimində çıxış etdi.

9 -10 iyun. İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI Zirvə görüşündə iştirak etmək üçün İrana səfər etdi.

13 iyun. “Dialoq Avrasiya” jurnalının təqdimat mərasimində nitqi söylədi.

15 iyun. “MİR” dövlətlərarası teleradio şirkətinin, “Mayak” radiostansiyasının və “Nezavisimaya qazeta”nın siyasi icmalçılarına müsahibə verdi.

19 iyun. Azərbaycan Tibb Universitetinin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində iştirak etdi.

20-22 iyun. MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşündə iştirak etmək üçün Moskvada səfərdə oldu.

23 iyun. Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri ilə görüşdü.

25 iyun. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Ah, Paris...Paris...” komediyasına baxdıqdan sonra aktyorlarla söhbət etdi.

26 iyun. Silahlı Qüvvələr Günü münasibətilə keçirilən təntənəli mərasimdə nitq söylədi.

X X X

2000-ci il iyunun 3-də “Azərneftyağ” İstehsalat Birliyinin işçiləri üçün Bakının Xətai rayonunda tikilmiş yeni yaşayış binaları istifadəyə verildi. Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Ulu Öndər Heydər Əliyev Azərbaycan neft sənayesinin keçdiyi tarixi yoldan danışaraq vurğuladı ki, respublikamızda neftçilər həmişə aparıcı qüvvə olub. Azərbaycan öz nefti, neftçiləri, yüksək səviyyəli mütəxəssisləri ilə dünyada böyük şöhrət qazanıb.

Respublika iqtisadiyyatının və onun mühüm bir hissəsi olan neft sənayesinin böyük gələcəyə malik olduğunu qeyd edən Heydər Əliyev 1994-cü ildən başlayaraq Azərbaycanın neft yataqlarının müştərək istifadə olunması üçün çoxsaylı müqavilələr imzalandığını və uğurla həyata keçirildiyini bildirdi.

Sitat: “Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənibdir. Artıq doqquzuncu ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan Dünya Birliyində özünəməxsus yer tutubdur. Azərbaycana dünyanın böyük ölkələrindən maraq artıbdır. 1994-cü ildən başlayaraq Azərbaycanın neft yataqlarının müştərək istifadə olunması üçün müqavilələr imzalanıbdır. 19 müqavilə imzalanıbdır, onlar həyata keçirilir. Neft hasilatı günü-gündən artır və artacaqdır. Bu, Azərbaycanı zənginləşdirəcək, Azərbaycan daha da çiçəklənəcəkdir”.

2000-ci ilin iyunu Bakıda “Xəzərneftqaz - 2000” VII beynəlxalq sərgisi və konfransının keçirilməsi ilə əlamətdar oldu. İyunun 6-da sərgi və konfransın açılışında çıxış edən Ulu Öndər yeni neft strategiyasının ilk uğurlu nəticələrini diqqətə çatdırdı. Xəzərin zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu deyən Heydər Əliyev qeyd etdi ki, yeni neft strategiyası xarici ölkələrin böyük şirkətlərinin marağına səbəb olmuş, cəmi 5-6 il müddətində Azərbaycan, Xəzər dənizi dünyanın ən böyük neft və qaz mərkəzlərindən birinə çevrilmişdir.

Sitat: “Alimlərimizin, mütəxəssislərimizin fikri belədir ki, Xəzər dənizində o qədər böyük neft və qaz yataqları var ki, hələ bu kəmərlər də yetərli olmayacaqdır. Ona görə də Azərbaycan dövləti hesab edir ki, Xəzər dənizindən hasil olunacaq neftin dünya bazarlarına çıxarılması üçün alternativ başqa neft kəmərləri də tikilə bilər və biz bu fikirlərdən də imtina etmirik. Xəzər hələ böyük sirlər dənizidir. Bilirsiniz ki, dörd il bundan əvvəl belə bir sərgi keçirilən zaman Azərbaycan Dövlət Neft Şirkəti ilə bir çox xarici şirkətlər arasında Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının birgə işlənilməsi ilə əlaqədar müqavilə imzalanmışdır. Bu gün mən böyük iftixar hissi ilə bildirirəm ki, indi bunun gözəl nəticələri vardır. Orada qazılan iki quyu “Şahdəniz” yatağından bir trilyon kubmetrdən artıq qaz əldə edilməsinə imkan olduğunu göstərmişdir... Xəzər dənizinin Azərbaycan sektorundan ən azı dörd trilyon kubmetr qaz hasil edilməsi gözlənilir. İndi biz düşünürük və əməli tədbirlər görürük ki, hasil olunacaq qazın dünya bazarlarına ixrac edilməsi məsələsi həll olunsun. Güman edirəm ki, bizimlə bərabər işləyən şirkətlərlə, onların dövlətləri ilə birlikdə bunları da həll edə biləcəyik”.

İyunun 9-10-da Ulu Öndər İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının VI Zirvə görüşündə iştirak etmək üçün İranda səfərdə oldu. Səfər çərçivəsində Prezident Heydər Əliyev İran, Özbəkistan, Türkmənistan, Pakistan prezidentləri ilə, bir sıra rəsmi şəxslərlə görüşlər keçirdi və Zirvə görüşündə nitq söylədi. Qloballaşma prosesinin getdiyi bir dövrdə ayrı-ayrı ölkələrin qarşılıqlı əlaqələr qurmasının, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın dərinləşməsinin vacibliyini, Azərbaycanın bu istiqamətdə addımlar atdığını vurğulayan Ulu Öndər dedi: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrlə ticarət və investisiya sahəsində sıx əməkdaşlıq edir. Belə ki, təşkilatın üzvləri olan İran və Türkiyə Azərbaycanın ticarət sahəsində əsas portnyorlarıdır. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərə alaraq, biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında ticarət maneələrinin tədricən aradan qaldırılmasını, iqtisadiyyatın daha geniş miqyasda liberallaşdırılmasını istəyirik. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında qarşılıqlı investisiya qoyuluşlarının həvəsləndirilməsini zəruri hesab edirik. Azərbaycan Respublikası adından deyə bilərəm ki, ölkəmizdə xarici investorların fəaliyyəti üçün zəruri olan bütün addımlar atılıbdır. İqtisadi islahatların qanunvericilik bazasının formalaşdırılması, iqtisadiyyatın liberallaşdırılması və özəlləşdirmənin həyata keçirilməsi xarici kapitalın ölkəmizə cəlb edilməsi üçün əlverişli şərait yaradır”.

Ulu Öndər dünya azərbaycanlılarının birlik və həmrəyliyinin gücləndirilməsi, diasporumuzun fəal qüvvəyə çevrilməsi üçün 1993-cü ildən başlayaraq bu istiqamətdə davamlı səylər göstərir, mühüm tədbirlərdə şəxsən özü iştirak edirdi. Belə tədbirlərdən biri də 2000-ci il iyunun 22-də Moskvada Azərbaycanlıların Ümumrusiya Konqresinin təsis yığıncağı oldu. Yığıncaqda çıxış edən Ulu Öndər xalqımızı istedadlı, bacarıqlı xalq kimi qiymətləndirməklə yanaşı, milli məhdudluq hisslərinin əleyhinə olduğunu dedi: “Mən Azərbaycanda işlədiyim əvvəlki vaxtlarda həmişə demişəm və bu, onda da mənim qəti inamım olmuşdur və bu gün də əminəm ki, öz ərazisinin hüdudları, sərhədləri daxilində qapanıb qalan heç bir xalq bütün dünya ictimaiyyətinin, bütün dünya sisteminin sürəti ilə inkişaf edə bilməz. Yəni, mən həmişə milli məhdudluq hisslərinin əleyhinə olmuşam. Bəzən adamlar burada ziddiyyət görürlər, yəni məsələn, bizdə - Azərbaycanda keçmiş vaxtlarda da elə adamlar olmuşlar və bu gün də elə adamlar var ki, deyirlər yox, filankəs azərbaycanlıdırsa, onun hər şeyi azərbaycansayağı olmalıdır. Bəli, əgər o anadan azərbaycanlı doğulmuşsa, onun hər şeyi üçün azərbaycanlılıq xasdırsa, başlıcası isə onun damarlarından azərbaycanlı qanı axırsa, onu daha heç cür dəyişdirmək olmaz - o, azərbaycanlı kimi düşünür, onun qəlbi azərbaycanlı qəlbidir”.

İyunun 26-da Silahlı Qüvvələr Gününə həsr edilmiş təntənəli tədbir keçirildi. Azərbaycanda silahlı qüvvələrin yaranmasının 82-ci ildönümü münasibətilə təbriklərini çatdıran Ümummilli Lider Azərbaycan Ordusunun güclənməsi, hərbi kadrlar yetişdirilməsi üçün həyata keçirilən tədbirlərdən, perspektivlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi. Eyni zamanda, Ali Baş Komandan kimi ordu rəhbərliyinə, komandir və zabit heyətinə tapşırıqlar verdi, tələblərini səsləndirdi.

X X X

Heydər Əliyevin Silahlı Qüvvələr günü münasibətilə keçirilən tədbirdəki nitqindən

• Bu gün mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycan Ordusu böyük gücə, texnikaya, silah-sursata malikdir və onun inkişaf etməsi üçün böyük imkanlar yaranıbdır. Görürsünüzmü, son illərdə bir neçə səviyyədə hərbi məktəblərimiz vardır. Ümumqoşun ali hərbi məktəbi və digər hərbi məktəblər, xüsusən hərbi akademiyanın yaranması - bunların hamısı ilk addımlarımızdır.

• Biz özümüz gənclərimizi səfərbər edib, hərbi xidmətdən keçirib onları döyüşə hazırlayacağıq. Biz özümüz üçün zabitlər, gizirlər, çavuşlar hazırlayacağıq. Biz özümüz üçün hərbi təyyarəçilər hazırlayacağıq.

• Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin vəzifələri məlumdur, böyük problemləri isə yoxdur. Əgər təchizat və başqa məsələlər barədə hökumətdən asılı olan problemlər varsa, biz onları imkan daxilində həll edirik və bilin ki, bundan sonra da həll edəcəyik. Ancaq qalan bütün işlər sizdən asılıdır. Mən bunu sizdən tələb edirəm. Gərək hər biriniz düşünəsiniz ki, əgər siz zabitsinizsə, hər hansı bir hərbi hissəyə komandanlıq edirsinizsə, əgər siz çiyninizdə müstəqil Azərbaycan dövlətinin silahlı qüvvələrinin paqonlarını daşıyırsınızsa, bu, hər şeydən üstündür, hər peşədən şərəflidir, hörmətlidir. Demək, sizin məsuliyyətiniz də bütün başqa sahələrdə işləyənlərdən artıqdır. Deməli, sizdən başqalarından tələb olunandan daha çox şey tələb olunur. Ali Baş Komandan, prezident kimi mən bunu sizdən tələb edirəm.

• Mən indi müharibə istəyən dövlət görmürəm, bilmirəm. Ancaq hər bir dövlətin güclü ordusu var. O, müharibə istəmir, amma güclü ordusu var. Nə üçün? Çünki sülhü təmin etmək üçün, dövlətlər arasında daimi sülhü saxlamaq və müharibələrin baş verməsinin qarşısını almaq üçün gərək hər bir dövlətin güclü ordusu olsun.

• Azərbaycanın güclü ordusu bu gün də, sabah da, on il, yüz il də bundan sonra lazımdır. Bunun üçün Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin qüdrəti hər gün artmalıdır. Onun qüdrəti təkcə əzələsindəki güc deyildir. Müasir texnika, texnologiya, silahlar, döyüş qaydaları, müharibə nəticəsində meydana çıxmış hərb elmi - bunların hamısını həm bizim hərbi ali məktəblərdə öyrətmək lazımdır, bunu həm də hər bir zabit hər gün özü öyrənməlidir, biliyini, hərbi elmini artırmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO